Icma.az
close
up
RU
Bu xəstəliyin simptomları bəzən suçiçəyi ilə qarışdırılır Həkim

Bu xəstəliyin simptomları bəzən suçiçəyi ilə qarışdırılır Həkim

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqlar arasında əl-ayaq-ağız, "koksaki" xəstəliyi yayılıb. Kifayət qədər sürətlə yayılır xəstəlikdir. Yüksək temperatur fonunda əllərdə, ayaqlarda spesifik səpkilər, ağız boşluğunda isə içi maye ilə dolu səpkilər müşahidə olunur. Səpkilərə sağrı nahiyəsində, dirsək və diz büküşlərində də rast gəlmək olur.
Bununla bağlı pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib. O bildirib ki, Azərbaycanda uşaqlar arasında yayılmaqda olan QOQSA-Kİ ilə bağlı ciddi xəbərdarlıq edilir:
“Bu virus xəstəliyi əvvəlki illərdə də müşahidə olunsa da, bu il daha geniş yayılıb və valideynlər arasında çaşqınlıq yaradır. Çünki xəstəliyin simptomları bəzən suçiçəyi ilə qarışdırılır. QOQSA-Kİ virus xəstəliyi olub, antibiotiklərlə müalicə olunmur. Xəstəlik əsasən əllərin, ayaqların alt hissəsində və ağız içində səpkilərlə özünü göstərir. Başın tüklü hissəsində və bədənin digər nahiyələrində səpkilər müşahidə olunmur, bu da onu suçiçəyindən fərqləndirən əsas cəhətlərdən biridir. Əlamətləri ağız boşluğunda ağrılı yaralar, əl və ayaq altında qabarcıqlı səpkilər, yüngül hərarət, halsızlıq və iştahasızlıqdır”.
Həkim əlavə edib ki, xəstəliyin müalicəsi yalnız simptomatik şəkildə aparılır:
“Ağız spreyləri, antiseptik losyonlar və sakitləşdirici vasitələr istifadə olunmalıdır. Xüsusilə zelenka kimi vasitələrdən istifadə qəti qadağandır, çünki bu maddənin kanserogen təsiri ola bilər. İnfeksiyadan qorunma yolları uşaqların şəxsi gigiyenasına ciddi nəzarət, əllərin tez-tez yuyulması  və virus daşıyıcısı olan uşaqların digərlərindən təcrid olunmasıdır. Təhlükəli olmamasına baxmayaraq, virusun yayılma sürətini azaltmaq üçün profilaktik tədbirlərə əməl olunması vacibdir.  Uşaqlarda bu tip simptomlar müşahidə olunduqda özbaşına müalicə aparmaq əvəzinə, həkimə müraciət edilməlidir”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyul 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri