Icma.az
close
up
RU
Müəllimlərin təhsil kartlarında əsasən bu güzəştlər olacaq AÇIQLAMA

Müəllimlərin təhsil kartlarında əsasən bu güzəştlər olacaq AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, müəllimlər üçün güzəştli təhsil kartları 2025-ci ilin ilk rübündə ölkəyə gətiriləcək.

Bəs bu təhsil kartları hansı güzəştləri əhatə etməlidir?

Mövzu ilə əlaqədar təhsil eksperti İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, müəllimlər üçün xüsusi kartların hazırlanması çox vacib və kifayət qədər faydalı ola bilər.

Onun sözlərinə görə, burada fərqli xidmət sahələrindən istifadə imkanları mütləq şəkildə olmalıdır:

"Güzəştlərdə ictimai nəqliyyatda gediş haqqının yer alması, ayrı-ayrı dəftərxana satışı ilə məşğul olan böyük şirkətlərin bu kampaniyaya qoşulması çox vacib olardı. Kitab mağazalarının həmin platformaya qoşulması olduqca faydalı ola bilər. Çünki müəllimlər cəmiyyətin intellektual, savadlı kəsimidir, buna görə də ilk növbədə onların daha çox istifadə etdiyi xidmətləri müəyyənləşdirməliyik. Bundan əlavə, böyük restoranlar şəbəkəsində, kafelərdə endirimlər olsa, müəllimlər bu imkandan yararlana bilərlər. Həmçinin muzeylərə girişlə bağlı müəllimlərə güzəştlər edilməsi çox faydalı olardı".

Ekspert qeyd etdi ki, cəmiyyətdə faydalı fəaliyyətlə məşğul olan müəllimlərin dövlət hər zaman sosial qayğılarını qarşılayır.

"Müəllimlərin əmək haqqı məsələsində artımları mütəmadi olaraq görürük. Son illərdə müəllimlərin sertifikasiya imtahanına cəlb olunması ilə əmək haqqında differensial yanaşma tətbiq olunub. Amma biz müəllimlər üçün nə qədər bu imkanları genişləndirsək, nə qədər bu imkanları yaratsaq, yenə də azdır. Təbii ki, qeyd etdiyim xidmətlər bir paketdə cəmlənərsə və həmin kartlar təqdim olunarsa, müəllimlərimiz bundan fayda görəcək. Eyni zamanda bu həm də müəllimə münasibətin göstəricisi olacaq", - deyə İlqar Orucov vurğuladı.

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri