Icma.az
close
up
RU
“Məktəblərin şagird sayına əsasən maliyyələşdirilməsi rəqabəti formalaşdıracaq” TƏHSİL EKSPERTİ

“Məktəblərin şagird sayına əsasən maliyyələşdirilməsi rəqabəti formalaşdıracaq” TƏHSİL EKSPERTİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2026-cı il sərəncamına əsasən dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək və adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.

"Bu qərarın mahiyyəti ondan ibarətdir ki, dövlət məktəblərinə ayrılan vəsait şagirdlərin sayına əsasən hesablanacaq və şagirdin oxuduğu təhsil səviyyəsinə uyğun əlavə əmsal tətbiq ediləcək". Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, bütün şagirdlər üçün məktəbə ayrılan maliyyə eyni məbləğdə hesablanmaya bilər: "İbtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə xərclər fərqli əmsallarla artırıla bilər.

Məsələn: ibtidai sinif üçün əgər 1000 manat şagird başına xərc nəzərdə tutulursa, yuxarı siniflərdə bu məbləğ dəyişərək artırıla, yəni 1200 manat ola bilər. Bununla yanaşı hər hansı bir məktəbdə 600 şagird varsa və hər birinə düşən maliyyələşmə məbləği 1000 manat deyil, təhsil səviyyələrinə görə dəyişəcək.
Əgər müəyyən təhsil səviyyəsindəki şagirdlərə daha yüksək əmsal tətbiq edilərsə, həmin şagirdlərə uyğun hesablanan maliyyə də artar.
Əsas məqsəd: məktəblərin maliyyələşməsini şagird sayına və təhsil səviyyəsinə uyğunlaşdırmaqdır.

Qərara əsasən, şagird sayı çox olan məktəb, ümumi hesabla daha çox vəsait ala bilər. Lakin şagird sayı az olan məktəbin hər şagirdə düşən maliyyələşməsi mütləq daha az olmayacaq.
Şagird sayı az olan məktəblərdə zəruri ehtiyaclara görə müəyyən məbləğdə vəsait nəzərdə tutula bilər. Bunun üçün maliyyə vəsaitinin məktəblərin şagird sayı, yerləşmə ərazisi və təhsil səviyyəsi üzrə hesablanması nazirlər kabinetinə həvalə edilir. Nazirlər Kabineti bir ay müddətində fərmandan irəli gələn tətbiq etmə qaydalarını həll edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qərarın üstün cəhətlərindən biri də məktəb rəhbərlərinin şagird sayının azalmaması istiqamətində səy göstərməsi olacaq.

Məktəblərin şagird sayına əsasən maliyyələşdirilməsi məktəblərdə rəqabəti formalaşdıracaq.

Beynəlxalq təcrübədə bu qərarın dünyanın inkişaf etmiş ölkələrində də tətbiq olunduğunu müşahidə edirik. ABŞ, İngiltərə, Kanada, Danimarka, Avstraliya, baltikyanı ölkələr və s.".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri