Bu yay sudaboğulma ilə bağlı ölənlərin sayı açıqlandı
Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.
2025-ci ilin 3 ayı (iyun, iyul və avqust ayları) ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 79 müraciət (11-i qadın, 68-i kişi cinsli olmaqla) daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.
Belə ki, 23 nəfər suda boğulma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün tibb müəssisələrinə təxliyə olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 30 nəfərə isə yerində tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün tibb müəssisəsinə hospitalizasiyaya ehtiyac yaranmayıb.
Ümumilikdə, 26 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, sudaboğulma hadisəsi ilə əlaqədar Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şirvan, Astara, Tovuz, Saatlı, Lənkəran, Qəbələ, Zaqatala, İmişli və Ağdaş rayonlarından da müraciətlər daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Sentyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















