Icma.az
close
up
RU
Bu yeməkləri 3 gündən artıq soyuducuda SAXLAMAYIN

Bu yeməkləri 3 gündən artıq soyuducuda SAXLAMAYIN

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Əvvəlcədən bişirilmiş yeməklər insan sağlamlığı üçün təhlükə yarada bilər. Əsas təhlükə onların tərkibindəki faydalı maddələrin zamanla itməsi ilə bağlıdır”.

News24.az xəbər verir ki, bu barədə “My Food” xidmətinin nutrisioloqu Tatyana Meşçeryakova “İzvestiya”ya verdiyi açıqlamada bildirib.

Mütəxəssisin sözlərinə görə, yeməklərin dəfələrlə qızdırılması nəticəsində onların tərkibindəki vitamin və mikroelementlər itir və belə yeməklər “boş kalori”yə çevrilir.

Bu cür qidalar isə orqanizmə heç bir fayda vermir. Bundan əlavə, bəzi yeməklərin təkrar qızdırılması zərərli maddələrin ortaya çıxması ilə nəticələnir. Məsələn, bu, qızardılmış kartofda kanserogen birləşmələrin yaranmasına səbəb olur.

“Bundan başqa, çarpaz çirklənmə riski də mövcuddur. Müxtəlif yeməklərin birlikdə saxlanılması bir məhsuldakı bakteriyaların digərinə keçmə ehtimalını artırır. Hazır yeməklər düzgün şəraitdə saxlanılmadıqda, məsələn, salmonella və bağırsaq çöpləri kimi bakteriyaların inkişafı üçün əlverişli mühitə çevrilə bilər”, – deyə ekspert xəbərdarlıq edib.

Meşçeryakova qeyd edir ki, zahirən sağlam görünən məhsullar belə təhlükəli ola bilər. Çünki, yağlar hava ilə təmasda oksidləşir, təkrar qızdırma və soyutma dövrləri isə məhsulun strukturunu pozur, dad və qida dəyərini aşağı salır.

Nutrisioloqun diqqət çəkdiyi vacib qaydalardan biri də budur: bişmiş yeməklər maksimum iki saat ərzində soyudulmalı və soyuducuya yerləşdirilməlidir. İsti havalarda isə bu müddət bir saata endirilməlidir. Eyni zamanda, isti yeməkləri birbaşa soyuducuya qoymaq olmaz, çünki bu, bakteriyaların sürətlə artmasına səbəb olur.

Hazır yeməklərin soyuducuda saxlanma müddəti dörd gündən çox olmamalıdır.

Ət məhsulları və şorbalar yalnız 3-4 gün ərzində nisbətən təhlükəsiz qalır, digər yeməklər isə üç gündən artıq soyuducuda saxlanmamalıdır.

“Əlbəttə, əvvəlcədən yemək bişirmək zaman və enerji qənaətinə kömək edir, lakin sağlamlıq baxımından bu, faydalı sayılır. Ən yaxşısı gündəlik olaraq təzə və kiçik porsiyalarda yemək hazırlamaq və ya yeməkləri düzgün saxlamaqla qısa müddət ərzində istehlak etməkdir”, – deyə mütəxəssis əlavə edib./Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri