Icma.az
close
up
RU
Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bu dəfə Ramazan bayramı martın 20-nə təsadüf edəcəyi gözlənilir. Bununla bağlı həmin gün Azərbaycanın bütün məscidlərində səhər saatlarında - təxminən 08:00-09:00 radələrində bayram namazı qılınacaq.
Maraqlıdır ki, respublikamızın bəzi bölgələrində bayram namazı qəbiristanlıqda qılınır, daha sonra pul yığılır.
Bu adət islama nə qədər uyğundur?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən dinşünas Tural İrfan deyib ki, Ramazan və Qurban bayramı namazları cəm halda qılınarkən adətən məscidlərdə icra olunur:

“Lakin Peyğəmbər zamanında açıq havada da qılınıb. Adam sayının çoxluğu bəzən məsciddə qılınmasına imkan vermir. Bu baxımdan səhra kimi geniş ərazidə də qılmaq ənənəsi var. Lakin məzarlıqda namaz qılmaq şəriət hökmlərinə görə uyğun görülmür. Namaz qılmaq üçün bir neçə bəyənilməyən, məkruh sayılan məkan var ki, onlardan biri də qəbiristanlıqlardır. Yalnız cənazə namazı istisna hal kimi, zərurət yaranarsa, qılına bilər.
 

Bayram namazı sevinc və fərəh ab-havasında icra olunan şükür ibadətidir. Ümumiyyətlə, bayramın ovqatına da uyğun deyil ki, bayram namazı məzarlıqda qılınsın. Məsciddə qılınması daha münasibdir. Əgər camaat çox olarsa, digər açıq ərazidə də qılına bilər. Yaxud buna da imkan yoxdursa, məsciddə növbəli şəkildə bir neçə dəstə halında da icra edilə bilər. Amma bayram namazı zamanı pul yığmaq qətiyyən yolverilməzdir.  Dini, ibadətləri, bayramları alver, ticarət, maddi gəlir mənbəyinə çevirmək, həmin dəyərləri ucuzlaşdırmaq günahdır.


Bayram namazı qıldırmağa görə, ümumiyyətlə namazda ibadətə öncüllük etməyə görə pul almaq olmaz. Bu könüllü şəkildə təmənnasız olmalıdır. Başqalarının da bayram təntənəsindən sui-istifadə edərək camaatdan hansısa məqsəd üçün pul yığması doğru deyil. İnsanlar bayram namazına qədər fitrə zəkatını verməyiblərsə, namazdan qabaq yaxud sonra onu pul şəklində fəqirlərə təqdim edə bilərər. Bu, təbii ki, məqbuldur”.
Müsahibimiz onu da vurğulayıb ki, sosial cəhətdən zəif olan ailələrin də bayram süfrəsi açıb sevinməsi üçün imkanı çatanların toplaşıb kömək etməsi, fitrə verməsi dinə uyğun addımdır:
“Ancaq bayram tədbirindən, namazından istifadə edərək şəxsi mənfəət güdmək qətiyyən yolverilməzdir. Məhz buna görə də şəriətdə fitrə zəkatını bayram namazına qədər çıxarmaq əmr olunur ki, namaz ərəfəsində alver mənzərəsi yaranmasın. Ancaq kiməsə maddi dəstək verilirsə, elə formada etmək lazımdır ki, bayram namazına və Ramazanın ümumi ab-havasına xələl gətirməsin”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri