Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Əbdülfətah Qasım Mahmud arasında görüş keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Əbdülfətah Qasım Mahmud Somalinin turizm sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi və ölkədə tətbiq edilməsində maraqlı olduğunu bildirib.
Somalili nazir müzakirələr zamanı turizm sektorunun sistemli formalaşdırılması, turizm məqsədli səfərlərin statistikasının aparılmasının müasir mexanizmlərinin, rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması, eləcə də ölkəsinin turizm potensialının təbliği, Somalidə turizm sənayesinin inkişafı məqsədilə zəruri infrastrukturun qurulması və bu sahəyə investisiyaların cəlb edilməsi istiqamətində Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsinə dair niyyətlərini səsləndirib. Bu sahədə qarşılıqlı maraq doğuracaq layihələrin həyata keçirilməsi müzakirə edilib.
Görüşdə turizm sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 29 Oktyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















