Bu yolda hərəkət çətinləşdi: DYP əməkdaşları kömək etdi Video
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
"Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub.
Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər", - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Hacıkənddə torpaq sürüşməsi: Yolda hərəkət çətinləşdi VİDEO
08 İyun 2026 11:00
Bu yolda qatı duman var: hərəkət çətinləşdi
24 Yanvar 2026 23:33
Bakıda yollarda hərəkət çətinləşdi Video
16 Aprel 2025 10:07
BakıŞamaxı yolunda hərəkət çətinləşdi VİDEO
10 Dekabr 2024 17:27
BakıŞamaxı yolunda hərəkət çətinləşdi Video
10 Dekabr 2024 17:15
Baxış sayı:120
Bu xəbər 14 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















