Icma.az
close
up
RU
Bu yollarda sürücülər niyə cərimələnir?

Bu yollarda sürücülər niyə cərimələnir?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Azərbaycanda yol hərəkəti ilə bağlı bəzi qaydalar və cərimələr sürücülər tərəfindən narazılıqla qarşılanır. Bir çox sürücü dayanma-durmaya görə və bəzi yollarda sürət həddinə görə yazılan cərimələrin ədalətsiz olduğunu düşünür.

Məsələ ilə bağlı nəqliyyat eksperti, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Redaktor.Az-a açıqlamasında bildirdi ki, istər park etmə ilə bağlı, istər sürət həddinin aşması ilə bağlı müəyyən texniki qurğuların, nişanların yerləşdirilməsində, sürücülərin ümumi imkanları, onlar üçün yaradılan şərait mütləq nəzərə alınmalıdır:

"Məsələn, Bakı-Qazax yolunun sağ-solunda bəzi yerlər var ki, orada dayanma-durmaya görə sürücülərə cərimələr gəlir. Hansısa bir yol qırağında ticarətlə məşğul olanın - balıq satanın, meyvə satanın və s. yanında, yolun tamamilə kənarında dayanırsa, həmin adamlara dayanma-durmaya görə cərimə tətbiq olunur. Yaxud avtobus yolları sonuncu zolağa girməyə imkan vermir, amma sərnişini düşürmək üçün ya sürücü məcburdur ki, avtobus zolağına keçsin, ancaq cərimələnəcək, ya da ikinci zolaqda tələm-tələsik sərnişini düşürməlidir ki, yenə də cərimə tətbiq olunur. Bu durum təkcə Bakıda deyil, ölkə ərazisində xeyli çətinləşib".

Ekspert qeyd etdi ki, bəzi uzun məsafəli yollarda baxmayaraq ki, sağ-solda yaşayış yeri yoxdur, yenə də sürət həddi normadan aşağı olur:

"Magistral yolların özlərində də bu problem var. Məsələn, Bakı-Sabirabad, İmişli, Beyləqan istiqamətində hərəkətdə qəsəbələr içində 50 km/saat sürət həddi qoyulmuş ərazilər var, hansı ki, ya bir tərəfi kanallarla bağlanıb, digər tərəfində isə yaşayış yoxdur. Belə çox uzun bir məsafədə sürət həddinin 50-yə endirilməsi məqsədəuyğun görünmür. Ən azı orada sürət həddini 60-70 də etmək olardı. Paytaxtda maksimal sürət həddi 60 olaraq müəyyənləşib və optimaldır. Yaxşı olar ki, sürücülərimiz sürət həddini aşmasınlar. Amma dayanma-durma ilə bağlı xeyli problem var ki, həm vətəndaşların haqlı olaraq narazılığına, həm də ədalətsiz olaraq cərimələndirilməsinə gətirib çıxarır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Dekabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see253

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see237

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see237

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see233

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see233

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see232

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see232

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see212

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see211

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see210

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see208

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see202

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see201

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see198

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see196

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see189

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see180

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see177

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri