Icma.az
close
up
RU
Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə, həmçinin Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

İclasda Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti, layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. 

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparılır və bu razılaşmalar “yaşıl hidrogen”in inkişafı ilə bağlı planlarımızı da dəstəkləyəcək. Nazir layihənin istehsal və ötürmə komponentləri, eləcə də biznes modelləri, Xəzər dənizinin potensial “yaşıl enerji” həcmlərinin regionda paylanması ilə bağlı tədqiqatlara dair tövsiyələrini diqqətə çatdırıb. GECO və CESI ilə sıx koordinasiya şəraitində İşçi Qrupunda iki iş axınının yaradılması  təklif edilib: “Birinci axın layihənin iş modellərinə fokuslanaraq potensial investorlar və alıcılarla əlaqə qurulması üçün hazırlıq işlərini apara, ikinci axın isə texniki detalları, ENTSO-E və digər müvafiq qurumların tələblərinə uyğunluğu nəzərdən keçirə bilər.”

Nazir, həmçinin layihənin fiber-optik komponentinin TİƏ ilə bağlı iş həcminə daxil edilməsi üçün də qəti addımların atılmasının vacibliyini diqqətə çatdırıb. 

Müzakirələrdən sonra dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb. Məktub “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinə müvafiq dəstəyi təmin etmək məqsədi daşıyır. Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi üçün 2025-ci ilin 1 aprelindən 9 mayına qədər müvafiq müraciətin ötürücü sistem operatoru kimi “Transelectrica” tərəfindən,  ümumi prosesə nəzarətin isə GECO ilə birgə həyata keçirilməsi razılaşdırılıb.

Həmçinin Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Birgə Müəssisəyə Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponentlə əlaqədar məsələlərin TİƏ-nin iş həcmində nəzərə alınması üçün müvafiq səlahiyyətlər verilib. İclas çərçivəsində Energetika Nazirliyi ilə CESI şirkəti arasındakı müqavilə üzrə əsas səlahiyyət və öhdəliklərin GECO-ya ötürülməsi məqsədilə müvafiq sənəd  imzalanıb. 

Nazirlərin növbəti görüşünün Gürcüstanda keçirilməsinə qərar verilib. 

Yekunda nazirlərin Budapeşt görüşünün nəticələrinə dair brifinq keçirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Mart 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see268

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see197

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see175

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see165

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see146

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see141

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see141

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see139

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see135

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri