Icma.az
close
up
RU
Büdcə zərfi ictimaiyyətə nə vaxt açıqlanacaq?

Büdcə zərfi ictimaiyyətə nə vaxt açıqlanacaq?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2026-cı il dövlət büdcəsi Milli Məclisin komitələrində müzakirə olunur və bu həftədən plenar iclas səviyyəsində müzakirələr başlayacaq.

Lakin buna baxmayaraq, büdcə zərfi tam şəkildə Milli Məclisin media orqanında yayımlanmaması bir çoxları üçün qeyri-müəyyənlik yaradıb.

İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, qanun layihəsi birmənalı şəkildə açıqlanmalıdır:

“Büdcə layihəsi açıqlanmalıdır. Qanun da, ictimai müzakirələrin məntiqi də bunu tələb edir. Büdcənin tam mətninin açıqlanması mütləqdir. Bunun açıqlanmaması büdcə ilə bağlı müəyyən dairələrdə fikir ayrılıqları olduğunu deməyə əsas verir. Ola bilər ki, haradasa xərclərin artırılması və ya azaldılması ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər deyə büdcə layihəsinin tam mətnini açıqlamırlar. Lakin bu, məntiqli deyil. Obrazlı dillə desək, büdcə bir ölkənin pasportudur. O pasportun vətəndaşlar tərəfindən görülməsi vacibdir”.

N. Cəfərli qeyd edib ki, hamımızın büdcənin formalaşmasında payı var:

“Biz vergi ödəyicisiyik. Ona görə də büdcənin tam mətni, xərclər və gəlirlərlə bağlı istiqamətlər barədə vətəndaşların məlumat almaq haqqı var”.

İqtisadçı Eldəniz Əmirov da bu məsələdə birmənalı düşündüyünü, qanun layihələrinin, xüsusilə də iqtisadiyyatla bağlı layihələrin ictimaiyyət üçün açıq olmalı olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see182

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see174

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri