Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Büdcə zərfinin əsas parametrləri

Büdcə zərfinin əsas parametrləri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Növbəti ildə sosial-iqtisadi məqsədlər üçün 41 milyard manatdan çox vəsait yönəldiləcək

Məlum olduğu kimi Milli Məclisin plenar iclasında  “2025-ci ilin dövlət büdcəsi” haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlər təsdiq edilib. Büdcə layihəsi və zərfə daxil olan bütün sənədlər növbəti il və ortamüddətli dövr üçün əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi büdcə siyasətinin başlıca məzmununu təşkil edir. Habelə,  əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması 2025-ci il büdcə zərfinin əsas parametrləridir.

Adambaşına düşən ÜDM 7412 dollar...

Növbəti ilin dövlət və icmal büdcələrinin tərtibi ssenariləri İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsasında təsdiqlənib. 2025-ci ildə ÜDM-in nominal həcmi 129,2 milyard manat, qeyri-neft qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 milyard manat proqnozlaşdırılıb. Növbəti ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar təşkil edəcəyi ehtimal olunur. 2025-ci ildə tədiyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,6 faiz həcmində, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixə olan proqnozu nəzərə alınmaqla cari hesab profisitinin ÜDM-ə nisbətinin orta hesabla 3 faiz ətrafında olacağı proqnozlaşdırılır. Bu çərçivə üzrə büdcədə ümumi daxili məhsulun artım tempi 3,5 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin bir barelinin orta illik ixrac qiyməti büdcə hesablamaları üçün 70 dollar, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti isə 242 dollar, manatın məzənnəsi isə 1 dollar - 1,7 manat səviyyəsində müəyyənləşib.

Əsas xərc hədəfi - hərbi təhlükəsizlik, azad ərazilərdə quruculuq

Gələn il büdcə gəlirləri 38 milyard 316 milyon manat təsdiq olunub ki, bu da cari ildə dürüstləşdirilmiş büdcənin gəlirləri ilə nisbətdə təxminən 1 milyard manat çoxdur. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla yenə də üstünlük təşkil edəcək. Dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat məbləğində təsdilənib ki, bu rəqəm 2024-cü ilin yenidən baxılmış büdcəsinə nisbətən 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu, müstəqil Azərbaycanın tarixində ən böyük büdcə zərfi deməkdir. Faktiki olaraq yeni ilin büdcəsinin maliyyə portfeli ümumi daxili məhsulun (ÜDM) üçdə birinə bərabər olacaq. Bu, olduqca böyük maliyyə təminatı deməkdir.

Büdcənin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Müdafiə və təhlükəsizlik xərclərinin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 20 faizini təşkil edəcək. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Həmin məqsədlərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s. tədbirlərin maliyyə təminatı üçün 4 milyard manat vəsait nəzərdə tutulub.

2 milyondan artıq vətəndaşı əhatə edən sosial paket

Növbəti ilin mühüm sosial sənədlərindən biri də  “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsidir. Sənədə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olmaqla 15 manat artacaq. “2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilib. Yəni, yaşayış minimumu və ehtiyac meyarının həddi bərabər məbləğdə 285 manata çatacaq. Ehtiyac meyarının 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardımın aylıq məbləğinin də yüksəlməsi və əhatəsinin genişlənməsi üçün hüquqi əsaslar yaranacaq.  Hazırda bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta məbləği təxminən 480 manat təşkil edir. Bu o deməkdir ki, gələn il bu yardımın məbləği 7-8 faiz artmaqla 500 manatı keçəcək.

2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcək. Bütövlükdə, bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 41-42 faizini təşkil edir. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri