Icma.az
close
up
RU
BÜDCƏDƏ 4 MİLYARDDAN ARTIQ PROFİSİT YARANIB Maaşlar artırılacaq?

BÜDCƏDƏ 4 MİLYARDDAN ARTIQ PROFİSİT YARANIB Maaşlar artırılacaq?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin birinci yarımilində Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat təşkil edib. Nəticədə hesabat dövründə icmal büdcədə 4 milyard 764,2 milyon manat profisit yaranıb. Büdcə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5 milyon manat, xərcləri isə 1 milyard 394,8 milyon manat çox olub. Bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrinin icra göstəricilərinə dair təqdimatında bildirilir.

Maraqlıdır, büdcədə yaranan profisit səbəbindən gələcəkdə maaşlar yenidən artırıla bilərmi?

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, büdcədə yaranan profisitin mənbələri müxtəlif ola bilər: “Bu, nəzərdə tutulan xərcləmələrin olmaması ilə bağlı ola bilər. Məsələn, 100 manat nəzərdə tutulur, amma 80 manat xərclənir. Təxirə salıb gözləyirsən və beləcə büdcədə artıqlıq yaranır. Yəni bu, hələ vəziyyətin yaxşı olduğu anlamına gəlmir. İkincisi, bundan öncəki aylarda verilən məlumata görə, vergi və gömrük ödənişlərindən yığımlar artmışdı. Bunun da əsas səbəblərindən biri inflyasiyadır. Yəni qiymətlər artır, nəticədə də yığımlar çoxalır – daha baha məbləğdə vergi tutulur, gömrükdən məhsullar daha baha keçir.”

Ekspert qeyd edir ki, birinci rübdə bir sıra kataklizmlər yaşandı və bu da müəyyən dərəcədə profisitin yaranmasına səbəb oldu: “Birinci rübdə neftin qiyməti kəskin düşdü. Düzdür, hazırda qiymətlər dövlət üçün əlverişlidir, amma yenə də müəyyən narahatçılıq yarandı. Apreldə qiymət 80 dollardan 60 dollara düşdü, buna görə də ehtiyatlı davranıldı. Burada başqa bir məsələ yoxdur.”

X. Kərimli “Büdcədə yaranan artıqlıq gələcəkdə maaşların artırılması ilə nəticələnə bilərmi?” sualına isə belə cavab verib: “Büdcədə profisitin yaranması maaşların artırılması üçün əsas deyil. Maaşların yenidən artırılacağına dair hazırda ciddi bir əsas yoxdur. Maaşlar ilin əvvəlində minimum əməkhaqqının artırılması ilə müəyyən qədər yüksəldi. Sonradan digər dövlət qulluqçularının tarif cədvəlində də artım oldu, bəzi sahələr üzrə sərəncamlar verildi. Amma dövlət büdcəsindən maliyyələşən bütün şəxslərin maaşı artırılmadı. Hazırda yaxın aylarda belə bir gözlənti yoxdur. Növbəti ildə büdcə müzakirələri zamanı bu məsələ gündəmə gələ bilər.”

E. Bəyməmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri