Icma.az
close
up
RU
Sahil Babayev: 2029 cu ildə büdcədə qeyri neft qaz gəlirlərinin payı 70 % ə çatdırılacaq

Sahil Babayev: 2029 cu ildə büdcədə qeyri neft qaz gəlirlərinin payı 70 % ə çatdırılacaq

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2029-cu ildə dövlət büdcəsində qeyri-neft-qaz gəlirlərinin payının 70 %-ə çatdırılması planlaşdırılır.

Banco.az  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2 %-ə çatıb: "Bu, 2024-cü illə müqayisədə 2,8 % bəndi çoxdur və 2029-cu ilə bizim hədəfimiz 69-70 %-ə çatmaqdır. İcmal büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz ÜDM-nə nisbəti 28,7 %-ə çatıb və icmal büdcənin qeyri-neft-qaz baza kəsiri qeyri-neft-qaz ÜDM-in cəmi 18,6 %-nə bərabər olub. Bu da çox önəmli bir göstəricidir. Bizim büdcəmiz bütün ölkələrdə olduğu kimi, kəsirlə proqnozlaşdırılır və bizim kəsrimiz adətən ümumi büdcə seqmentində proqnoz olaraq 2,2-2,5 % ətrafında olur".

"Dövlət büdcəsi ilə bağlı ikinci göstərici də müəyyən edilib. Bu, qeyri-neft baza kəsiridir, yəni büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz xərclərinə nisbətdə göstəricisidir. Qeyri-neft-qaz baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq. Düşünürük ki, bu rəqəmin aşağı düşməsi Azərbaycan dövlət büdcəsinin makroiqtisadi, fiskal çərçivələrinin sağlamlaşması üçün daha da sağlam, daha da dayanıqlı olması üçün çox önəmli göstəricidir və keçən ilin icrasında bu göstərici ÜDM-in cəmi 18,6 %-nə bərabər olub. Hədəf göstəricisi 22 % idi. Hədəf göstəricidən 3,5 % bəndi daha aşağı nəticə əldə etmişik. Əlbəttə, növbəti dövrdə bu rəqəmin daha da aşağı salınması planlaşdırılır. Təsdiq olunmuş ortamüddətli xərclər çərçivəsində 2029-cu ilə bu rəqəmin 13 %-ə qədər azaldılmasını planlaşdırırıq",- deyə S.Babayev əlavə edib.

report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://banco.az
archiveBu xəbər 09 İyun 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri