Icma.az
close
up
RU
Büdcənin uğurlu icrasının davamlı olması üçün vacib şərtlər

Büdcənin uğurlu icrasının davamlı olması üçün vacib şərtlər

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Pərviz Heydərov yazır...

Cari il başlayandan bəri, dövlət büdcəsinin icrası uğurla icra olunmaqda davam edir. Yanvar-sentyabr aylarının da nəticəsinə görə büdcə gəlirləri 29 milyard 142.4 milyon manat təşkil etməklə 9 aylıq proqnozdan 675.2 milyon manat və ya 2.4% çox təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 9 ay ərzində 24 milyard 668.2 milyon manat məbləğində icra edilib ki, 4 milyard 474.2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 455.8 milyon manat təşkil edərək proqnozdan 614.2 milyon manat və ya 5.2%, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34.5 milyon manat təşkil edərək 8.2 milyon manat və ya 31.2%, sair daxilolmalar 563.2 milyon manat təşkil edərək 304.4 milyon manat və ya 2.2 dəfə çox, Dövlət Neft Fondundan transfertsə 10 milyard 860.7 milyon manat təşkil edərək tam icra edilib.

Eyni zamanda Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 748.0 milyon manat təşkil edərək proqnoza qarşı 98.4%, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən isə 480.2 milyon manat təşkil edərək 73.3% icra olunub.

İlin ilk yarısının uğurla yekunlaşmasına dair yazmışdım ki, neftin orta ixrac qiyməti dövlət büdcəmizdə nəzərdə tutulduğundan nisbətən yuxarı təşkil etdiyindən və üstəlik büdcənin icrası da qənaətlə yerinə yetirildiyindən, inflyasiya tempi də qənaətbəxş vəziyyətdə qaldığından müsbət nəticələr əldə olunub. Ötən 3 ay ərzində də iqtisadi artım amili deyil, məhz bu tendensiyalar özünü qoruyub saxladığından dövlət büdcəsi uğurla icra olunmuş və icra olunmaqda davam edib.

Ümumiyyətlə, 2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2.2% çoxdur. Xərclərin isə 40 milyard 687.6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 702 milyon manat və ya 1.7% az deməkdir.

Bəli, rəqəmlər yaxşıdır. Və ən əsası da ilin sonuna az qaldığından baş verə biləcək hər hansı təhdid fonunda heç bir təhlükə gözlənilmir.

Halbuki, ilin ilk ayları ərzində müəyyən tərəddüdlər ortaya çıxmışdı.

Belə ki, ilə zəif iqtisadi artımla başlanması, neftin dünya bazar qiymətlərinin aşağıya doğru meyillənməsi, həmçinin inflyasiya tempinin yüksəlməsi bütövlükdə il ərzində qarşıya qoyulan proqnoz göstəricilərin özünü doğrultmayacağı düşüncəsi yaratmışdı.

Məsələ ondadır ki, iqtisadi artım və ümumən işgüzar aktivlik isə azdır, zəif durumdadır. Və ilin sonunadək bu sahədə hər hansı bir ciddi dəyişikliyin baş verəcəyi də gözlənilmir.

Üstəgəl, inflyasiya tempi də hissolunan dərəcədə artmağa meyillidir. Daha bir nüans isə ondan ibarətdir ki, büdcəyə gəlirlər proqnozu üstələsə də Neft Fondundan transfert də yuxarıda qeyd etdiyim kimi 100% icra edilib və edilməkdə də davam edir.

Düzdür, Maliyyə Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim edilən yeni proqnozlara əsasən 2025-ci ildə ÜDM-in real artımının 3% olmaqla nominal ifadədə 129.9 milyard manata (proqnoza nəzərən 0.7 milyard manat çox), o cümlədən qeyri-neft-qaz ÜDM-nin 93.5 milyard manata (1.3 milyard manat çox) çatacağı gözlənilir.

Ancaq, kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən aşağı temp faktorları səbəbindən, ümumilikdə qeyri-neft-qaz sektoruna dair proqnozlar 2025-ci ilin sonuna 4.9%-dən 4.6%-ə endirilmişdir.

Eyni zamanda, 2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4.6% nəzərdə tutulsa da, 5.4% gözlənilir. Buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə-ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair kimi amillər təsir göstərəcək.

ÜDM istehsalı həcminin artması qayğısına qalmaq və buna da qeyri-neft-qaz sektoru hesabına nail olmaq hər halda yenə həlli vacib sayılan prioritet vəzifə olaraq qalır. Çünki, büdcənin uğurlu icrası yalnız məhz bu şəraitdə və bu zaman, dayanıqlı və davamlı xarakter daşıya bilər və daşıyacaq.

Məsələn, ötən il cari xərclərin 90.1%-i qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına qarşılanmışdı. Hesab edirəm ki, bunu 100%-ə çatdırmaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri