Icma.az
close
up
RU
Bufetlər yeni tədris ilinə hazırdır?

Bufetlər yeni tədris ilinə hazırdır?

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni dərs ilinin yaxınlaşması ilə birlikdə məktəb və universitetlərin bufetlərində qida təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. Şagird və tələbələrin sağlam qidalanmasının təmin olunması üçün bu sahədə nəzarət necə həyata keçirilir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, illik plan və vətəndaşlardan daxil olan müraciətlər əsasında qida zəncirinin bütün mərhələlərində yoxlama və nəzarət tədbirləri davam etdirilir. O cümlədən təhsil müəssisələrinin qida bloklarında, eyni zamanda məktəblərin qida bloklarını təchiz edən keytrinq şirkətlərində yoxlama-nəzarət tədbirləri həyata keçirilir, mövcud vəziyyətlə əlaqədar bağça, məktəb və digər təhsil müəssisələrində fəaliyyət göstərən bufetlərdə qida bloklarının monitorinq qiymətləndirilməsi aparılır:

“Agentliyin müfəttişləri tərəfindən qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu, istifadə edilən qida məhsullarının (xammalların) müşayiətedici sənədlərinin mövcudluğu yoxlanılır. Həmçinin qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə verilən qida məhsullarından müayinələrin aparılması üçün nümunələr götürülür. Bundan başqa, qida bloklarında qida məhsullarının saxlanılması və daşınması zamanı mal qonşuluğu qaydaları və temperatur rejiminə əməl edilməsi, qida məhsullarının etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, qida blokunun işçi heyətinin ilkin və dövri tibbi müayinədən keçməsi yoxlanılır”.

Açıqlamada qeyd olunub ki, agentlik tərəfindən təhsil müəssisələrində sağlam qidalanmanın təşviq edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə maarifləndirici tədbirlər həyata keçirilir, layihələr icra olunur. Vətəndaşlar qida sahəsində onları narahat edən məsələlərlə bağlı Agentliyin “1003 - Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Sentyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri