Icma.az
close
up
RU
Buğda istehsalını necə artırmaq olar?

Buğda istehsalını necə artırmaq olar?

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan buğda ilə özünü cəmi 55 faiz təmin edir. Statistik məlumata görə, 1 milyon 573 min ton daxili istehsala qarşılıq 1 milyon 267 min ton idxal həyata keçirilir. Bu göstəricilər aqrar siyasətdə növbəti mərhələdə əsas diqqətin artıq sadəcə istehsal həcminə deyil, məhsuldarlığın və səmərəliliyin artırılmasına yönəlməli olduğunu göstərir.

Prezident İlham Əliyev bu günlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə bildirib ki, cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır: "Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır".

Göründüyü kimi, Prezidentin müşavirədə vurğuladığı əsas hədəf də məhsuldarlığın artırılmasıdır. Hazırda taxıl üzrə orta məhsuldarlıq hektardan 3,2 tondur. Hədəf isə 5 ton. Əslində bu fərq aqrar siyasətin əsas mahiyyətini göstərir. Yəni yeni mərhələ daha çox torpaq əkmək mərhələsi yox, mövcud torpaqdan daha yüksək məhsul almaq mərhələsidir.

İqtisadçı-ekspert Razi Abbasbəyli deyir ki, Azərbaycanda son iki ildə dənli bitkilər arasında buğda əkilən sahələrin həcmində təxminən 10 faizə qədər azalma var. Buğda məhsuldarlığı göstəriciləri aşağı düşüb. Mövcud vəziyyətlə bağlı səbəblərdən biri odur ki, fermerlər buğda əkməkdə maraqlı deyillər: Çünki ayrılan subsidiyalar yetərli səviyyədə deyil. Suvarma sistemlərinin təminatı təşviq olunmayıb. Eyni zamanda, məhsuldarlığın aşağı olması, bəzi aran rayonlarında 1 hektar üzrə tədarük göstəriciləri 12 sentnerə qədər aşağı düşüb. Bundan başqa, buğdanın dövlət sifarişi ilə alış qiymətləri artırılmadı. Baxmayaraq ki, dizel yanacağının qiyməti, təsərrüfat suyunun tarifləri artırılmışdı, digər kommunalların artırılmasına rəğmən, buğdanın dövlət sifarişi ilə qiyməti artırılmadı. Üstəlik, bazarda da qiymət artımı müşahidə olunmadı: "Nəticədə xərcləri artan fermer satış bazarında ciddi problemlərlə üzləşdiyinə görə, buğda əkinindən imtina etməyə başladı. Yemin tədarükünün aşağı düşməsi təbii olaraq idxalın artmasına səbəb oldu. Bu, çox təhlükəli bir vəziyyətdir. Hökumət əsas strateji məhsul olan buğdanın əkilməsi ilə bağlı bir çox təşviqedici addımlar atmalıdır ".

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycanın idxal etdiyi əsas ərzaq məhsulları arasında ərzaqlıq buğda xüsusi yer tutur. Son illər ərzində ölkədə ərzaqlıq buğdanın daxili istehsalı və tədarükünə dair dövlət səviyyəsində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilsə də, hələ də bu sahədə tələbat tam ödənilmir. Nəticə etibarilə, ölkəmiz bu məhsul üzrə idxaldan asılı vəziyyətdə qalır: "Daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir. Daxili tələbatı tam qarşılaya bilməməyimizin bir sıra obyektiv və subyektiv səbəbləri var. Əvvəla, yerli istehsal olunan buğda tələb olunan keyfiyyət göstəricilərinə tam cavab vermir. Bundan əlavə, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir. Digər mühüm amil isə əkin sahələrinin məhdud olmasıdır. Ölkədə kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu, iqlim və su ehtiyatları ilə bağlı çətinliklər buğda istehsalının genişləndirilməsinə və tələbatı ödəməsinə əngəl yaradır".

İqtisadçı vurğulayıb ki, ölkədə yerli buğda istehsalının artırılması üçün dövlət tərəfindən stimullaşdırıcı addımlar atılıb: "Subsidiyalar, güzəştli kreditlər və infrastruktur dəstəyi istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verir. Amma əsas məsələ əkinə yararlı torpaq sahələrinin artırılmasıdır. Bu olmadan daxili tələbatı tam qarşılayan istehsala keçmək çətin olacaq".

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, hazırda fermerlərin çoxu öz təsərrüfatından götürdüyü toxumdan istifadə edir. O toxum 3-4 ilə genetik potensialını itirir, xəstəlik yığır. Məhsuldarlıq avtomatik düşür. Hektardan 5 ton götürmək üçün sertifikatlı, rayonlaşdırılmış, quraqlığa və xəstəliyə dözümlü super-elit və elit toxum lazımdır. Türkiyə, Rusiya, Avropa sortları bizim iqlimə uyğunlaşdırılıb. Dövlət toxumçuluq təsərrüfatlarını gücləndirməli, fermerə subsidiyalı toxum çatdırmalıdır. Əkin subsidiyası toxuma bağlanmalıdır: sertifikatlı toxum alırsansa, pul alırsan, öz toxumunu səpirsənsə, almırsan: "İkinci məsələ torpağın analizidir. Bizdə fermer 20 il eyni yerə buğda əkir, nə azot, nə fosfor, nə kalium bilir. Torpaq "yorulur", pH pozulur. Hektardan 5 ton üçün torpaqda üzvi maddə 2 faizdən yuxarı olmalı, NPK balansı düz çıxarılmalıdır. Hər rayonda mobil laboratoriya kənd-kənd gəzib pulsuz analiz etməlidir. Analizə görə dəqiq gübrə norması verilməlidir. İndi fermer "gözəyarı" ammonium sulfat səpir, yarısı havaya uçur, yarısı da bitkiyə çatmır. Suvarma və su idarəetməsi sahəsində də müəyyən problemlər var. Dəmyə əkinlərdə 3 ton tavandır. 5 ton üçün ya suvarma lazımdır, ya da dəmyədə nəm qoruyan texnologiya. Damcı suvarma buğdada sərfəli deyil, amma pivot, yağışyağdırma sistemi sərfəlidir. Dövlət suvarma sistemlərinə 40 faiz güzəşt verir, amma xırda fermer onu ala bilmir. Kooperasiya lazımdır. 10 fermer birləşib 100 hektarı bir pivotla sulasa, xərci bölər. Dəmyə yerlərdə isə "no-till" və "mini-till" texnologiyası, sələf bitki, küləşin saxlanması nəm itkisini azaldır. Torpağı şumlayıb çevirmək nəmliyi buxarlandırır".

İqtisadçı vurğulayıb ki, aqrotexniki təqvimə əməl etmək əsas şərtlərdən biridir: "Bizdə buğda oktyabrda səpilməlidir, fermer noyabrın axırında səpir. Səpin gecikəndə qardaşlanma getmir, sünbül xırda olur. Normada hektara 180-220 kq toxum gedir, fermer 300 kq səpir ki, "zəmanət olsun". Sıxlıq çox olanda bitki bir-birini boğur. Alaq, xəstəlik, zərərverici ilə mübarizə də vaxtında olmur. Sünbülqıran, septorioz, pas xəstəliyi 1 həftə gec dərmanlansan, 1 ton məhsul aparır. Ona görə hər rayonda aqronom məsləhət xidməti güclənməlidir".

Ekspert hesab edir ki, texnika parkı yenilənməlidir: "Köhnə seyalkalar toxumu qeyri-bərabər səpir, yarısı üzə çıxır, yarısı 10 sm dərinə gedir. Müasir pnevmatik səpən, lazerli hamarlayıcı, kombayn itkisi 3 faizdən çox olmamalıdır. Bizdə biçin vaxtı kombaynın arxasınca 500 kq dən tökülür. Dövlət lizinqi var, amma sürətli və sadə olmalıdır. Xırda fermerə icarə xidməti göstərən maşın-traktor parkları yaradılmalıdır. Hər il buğda əkəndə torpaq xəstəlik toplayır, məhsuldarlıq düşür. Buğdadan sonra yonca, noxud, günəbaxan, raps əkilməlidir. Paxlalı bitki azotu təbii artırır, növbəti il gübrə xərci 30 faiz azalır. Dövlət sələf bitkiyə də subsidiya verməlidir ki, fermer "nəyə görə yonca əkim?" deməsin".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see482

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see353

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see352

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see334

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see333

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see330

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see305

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see301

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see294

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see289

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see288

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see283

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see278

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see269

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see246

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see234

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see222

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri