Icma.az
close
up
RU
Bugünkü Azərbaycan, sabahın parlaq gələcəyinə doğru inamla irəliləyir

Bugünkü Azərbaycan, sabahın parlaq gələcəyinə doğru inamla irəliləyir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ulu öndər Heydər Əliyev, Azərbaycan Respublikasının tarixində ən çətin və həssas dönəmlərdə ölkə rəhbərliyi fəaliyyətinə başlamış, xüsusilə Qarabağ işğalının ağır dönəmində ölkəmizi məhv olmaqdan qoruyub, onun dirçəldilməsi üçün əsaslı zəmin yaratmışdır. Onun güclü siyasi iradəsi, strateji uzaqgörənliyi və müdrik rəhbərliyi sayəsində, Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, öz milli maraqlarını müdafiə edə biləcək güclü bir dövlət qurdu. Ulu öndərin rəhbərliyi altında əldə edilən bu uğurlar, təkcə iqtisadi və sosial sahədə deyil, eyni zamanda hərbi sahədə də ölkəmizin güclənməsinə şərait yaratdı.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan cənab Prezident İlham Əliyev, 2003-cü ildən sonra Azərbaycan ordusunun yenidən qurulmasını, modernləşdirilməsini və inkişafını prioritet məsələlərdən birinə çevirərək, hərbi gücümüzün gücləndirilməsinə və müasir dövrün tələblərinə uyğun yeni texnologiyalarla təchiz olunmasına mühüm diqqət ayırdı. Bu dövr, həmçinin iqtisadiyyatın canlanması, sosial sahədə islahatlar və xalqın həyat səviyyəsinin yüksəldilməsi ilə yadda qaldı.
Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki siyasəti, yalnız ordunun gücləndirilməsi ilə bitmədi. O, hərbi texnologiyaların alınması, müasir dövrün silahlanma sistemlərinə keçid, müdafiə sənayemizin inkişafı ilə yanaşı, Azərbaycanın milli maraqlarının qorunması və ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addımlar atdı. Cənab Prezidentin bu sahədəki iradəsi və müasir ordu quruculuğuna verdiyi önəm, 2020-ci il Vətən Müharibəsində böyük qələbəmizin əsasını qoydu.
2020-ci ilin Vətən Müharibəsində qazandığımız qələbə, yalnız 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnmədi, həm də Azərbaycan xalqının birliyini, iradəsini və dövlətə olan etibarını bütün dünyaya göstərdi. Azərbaycan ordusunun müasir silahlarla təchiz olunması, yüksək döyüş hazırlığı və Prezident İlham Əliyevin güclü liderliyi sayəsində biz, Ermənistanın işğal etdiyi torpaqlarımızı azad etdik və bütün dünyaya Azərbaycanın haqqı olan torpaqlarını geri qaytarma iradəsini nümayiş etdirdik.
Bu zəfərin arxasında böyük bir strateji düşüncə, müasir ordu quruculuğu və iqtisadi-sosial inkişaf dayanır. Prezident İlham Əliyev, ordumuzun gücləndirilməsi ilə paralel olaraq, ölkənin iqtisadiyyatını inkişaf etdirdi, sosial sahədə islahatlar həyata keçirdi və xalqın rifahını artırmaq üçün müvafiq addımlar atdı. Bu sayədə Azərbaycan həm daxili, həm də xarici siyasətində möhkəm mövqe tutaraq, beynəlxalq aləmdə güclü və nüfuzlu bir dövlətə çevrildi.
Bu böyük qələbənin nəticəsi olaraq, bizə – Azərbaycan xalqına, yalnız Qarabağ torpaqlarının azad edilməsi deyil, həm də tarixi torpaqlarımıza – Qərbi Azərbaycan, Göyçə, Məhəlli, Zəngəzur və İrəvana dönmək imkanı yaranır. Bu torpaqlara geri dönüş, həm də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mübarizənin təbii nəticəsidir. Bizim bu torpaqlara dönməyimiz, yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın tarixə və mədəniyyətə olan bağlılığını, əcdadlarımızın izlərinə geri dönməyin vacibliyini göstərir.
Bugünkü Azərbaycan, sabahın parlaq gələcəyinə doğru inamla irəliləyir. Biz bu yolda birgə addımlayaraq, daha böyük uğurların və qalibiyyətlərin qapısını açacağıq. Ulu öndərin və Prezident İlham Əliyevin rəhbərliyi altında biz öz gücümüzü, həmrəylik və azadlıq iradəmizi hər zaman təbliğ etməyə davam edəcəyik.
Azər Yadigaroğlu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Fevral 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri