Icma.az
close
up
RU
Büllur Məmmədova: “Çin təcrübəsi narkomaniyaya qarşı mübarizədə bizə nümunə ola bilər”

Büllur Məmmədova: “Çin təcrübəsi narkomaniyaya qarşı mübarizədə bizə nümunə ola bilər”

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənclərin Anti-Narkomaniya İctimai Birliyi (GANİB) gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısının alınması məqsədilə beynəlxalq təcrübələrin öyrənilməsi və onların yerli səviyyədə tətbiqinə yönəlik yeni təşəbbüslərlə çıxış edir. Təşkilat hesab edir ki, bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrdən biri olan Çin Xalq Respublikasının modeli Azərbaycanda tətbiq oluna biləcək praktiki və effektiv yanaşmalar təqdim edir.

Gununsesi.info xəbər verir ki, GANİB-in nümayəndəsi Büllur Məmmədovanın fikrincə, Çin modeli təkcə sərt qanunvericilik tədbirləri ilə deyil, eyni zamanda maarifləndirmə, reabilitasiya, texnoloji imkanlardan istifadə və sosial reinteqrasiya sahəsindəki sistemli fəaliyyəti ilə fərqlənir. Ölkədə məktəblərdə və ictimai platformalarda gənclərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, süni intellekt və rəqəmsal texnologiyaların köməyi ilə risk qrupları erkən mərhələdə müəyyənləşdirilir və cəmiyyətə uğurlu reinteqrasiya proqramları həyata keçirilir.

GANİB-in rəhbərliyi hesab edir ki, bu yanaşmalar Azərbaycanın reallıqları nəzərə alınmaqla yerli kontekstə uyğunlaşdırıla bilər. Bu çərçivədə aşağıdakı istiqamətlər prioritet kimi müəyyən edilə bilər:

Məktəblərdə və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə kampaniyalarının təşkili; Reabilitasiya mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi; Rəqəmsal platformalar vasitəsilə gənclərə psixoloji və informasiya dəstəyinin göstərilməsi; Risk qruplarına dair ictimai sorğular və məlumat bazaları əsasında hədəfli tədbirlərin planlaşdırılması.

GANİB yaxın aylarda Çin modelini daha dərindən öyrənmək məqsədilə beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi layihələri həyata keçirməyi planlaşdırır. Eyni zamanda, təşkilat yerli tərəfdaşlarla birgə bu təcrübənin Azərbaycanda necə tətbiq oluna biləcəyi ilə bağlı ictimai müzakirələr və təqdimatlar təşkil etməyi nəzərdə tutur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 May 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri