Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.
Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.
Xatırladaq ki, "Formula 1" Azərbaycan Qran-Prisi zamanı yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunur.
Belə ki, ilk məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minib. Məhdudiyyət Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq edilir.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı qalacq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkündür.
Qeyd edək ki, "Formula 1 Qatar Airways" Azərbaycan Qran Prisi bu il 24-26 sentyabr tarixlərdə keçiriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:135
Bu xəbər 22 Sentyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















