Liviyada müsəlmanlara Nike məhsullarından istifadə qadağan edilib
Icma.az, Sia Az saytına istinadən bildirir.
...Liviyanın ən yüksək dini orqanı olan Dar əl-İfta müsəlmanlara Nike loqosu olan geyimləri satmağı, almağı və ya geyinməyi qadağan edib.
SİA xəbər verir ki, bu barədə “Afrika təşəbbüsü” xəbər agentliyi bildirib.
Liviyanın ən yüksək dini orqanı olan Dar əl-İfta müsəlmanlara Nike loqosu olan geyimləri satmağı, almağı və ya geyinməyi qadağan edib.
Qərar şirkətin loqosunda qədim yunan bütpərəstliyinə istinad edilməsindən irəli gəlir.
...Şirkət özü adın yunan dilindən götürüldüyünü təsdiqləyir. Bundan əlavə, şirkət loqosunun əyri fiqur Yunan qələbə ilahəsinin qanadlarından ilhamlandığını etiraf edir.
...Buna görə də, belə bir loqotipi olan geyimləri almaq və geyinmək - faktiki olaraq onu nümayiş etdirmək - bütpərəstliklə əlaqəli simvolların yayılmasına bərabərdir ki, bu da yolverilməzdir, - deyə fətvada bildirilir.
Dar əl-İfta həmçinin Nike-nin İsraili dəstəklədiyini və buna görə də onun simvollarını nümayiş etdirməyin İsrailin qlobal boykotunun pozulması olduğunu vurğulayıb.
Agentlik qeyd edib ki, Dar əl-İfta 2023-cü ildə boykotu dəstəkləyib.
...Hər bir müsəlmanın borcu bu markanın məhsullarını istifadə etməkdən, almaqdan və ya satmaqdan çəkinməkdir. Bu, insanın öz inancına sədaqətinin, dindaşlarına dəstək olmasının və düşmənlərə müqavimət göstərməsinin nümayişidir , - deyə agentlik bildirib.
Əli Babayev
Baxış sayı:78
Bu xəbər 07 Noyabr 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















