Bulvarda qayalıqlara yıxılan gənc oğlan xilas edildi VİDEO
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 20 yaşlı Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.
Baxış sayı:56
Bu xəbər 10 Noyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















