Bulvarda roliklə 4 yaşlı qızı vuran şəxsə bu cəza verildi
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Bulvarda roliklə 4 yaşlı qızı vuraraq xəsarət yetirən şəxsin məhkəməsi keçirilib. Uşağın valideyni həmin şəxsi bağışlayıb.
2001-ci il təvəllüdlü Sabir Bulvarın “Azneft” dairəsi yaxınlığında roliklə hərəkətdə olarkən 4 yaşlı uşağı vurub. Yerə yıxılan uşağın başı daş döşəməyə dəyərək kəllə daxili travma alıb.
Sabir ifadəsində deyib ki, həmin gün dostları ilə birlikdə rolik sürürmüşlər. O, uşağı görmədiyini və bir-birlərinə dəydiklərini deyib. Əlavə edib ki, hadisədən sonra uşağın babası onu tutaraq saxlayıb: “Uşağın babası mənim qaçacağımı düşünüb qolumdan tutdu. Amma mən qaçmaq fikrində deyildim. Polislər gələndə mən onlarla şöbəyə getdim. Uşağı da xəstəxanaya apardılar”.
O, baş verən hadisəyə görə təəssüfləndiyini və uşağın ailəsindən üzr istədiyini deyib.
Zərərçəkmiş uşağın ailəsi Sabirdən şikayətçi olmadıqlarını bildiriblər.
Sabir Cinayət Məcəlləsinin 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə onun barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun 2 gün həbsdə saxlanıldığı 2 gün cəzasıdan çıxılıb.
Baxış sayı:152
Bu xəbər 22 Fevral 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















