Bulvarda söyüş söyən gənc həbs olundu
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Bakıda ictiami yerdə nalayiq ifadələr işlədən şəxs həbs olunub.
Modern.az-ın xəbərinə görə, hadisə Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.
24 yaşlı İmişli rayon sakini, Xəlil Behbudov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələr işlədib. Bu zaman ərazidən xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, hərəkətlərini dayandırmasını tələb etsələr də, Xəlil qanuni tələbə məhəl qoymayıb.
Nəticədə o saxlanılaraq, polis şöbəsinə aparılıb və barəsində müvafiq protokol tərtib olunub.
X. Behbudov ilk dəfədir ki, belə hadisə ilə üzləşdiyini və bir daha bu kimi əməllərə yol verməyəcəyini deyərək, barəsində cərimə növündə cəza təyin eidlməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.
İlyas Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 01 Noyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















