Şəhidlər Xiyabanında söyüş söyən həbs olundu
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəlilabadda Şəhidlər Xiyabanının qarşısında söyüş söyən həbs olunub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Qurtuluş prospektində yerləşən Şəhidlər Xiyabanında qeydə alınıb.
38 yaşlı rayon sakini Abuzər Talıbov (ad və soyad şərtidir) sərxoş halda xiyabanın qarşısında uca səslə nalayiq ifadələr işlədib. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirib əməlini dayandırmasını tələb etsələr də, Abuzər onların qanuni tələbinə məhəl qoymayıb. Buna görə də o saxlanılıb və barəsində protokol tərtib olunub.
Abuzər Talıbov ifadəsində peşman olduğunu və bir daha hallara yol verməyəcəyini bildirib.
Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu mövzuda digər xəbərlər:Pezeşkian Şəhidlər xiyabanında
28 Aprel 2025 18:02
V.Matviyenko Şəhidlər xiyabanında
18 Mart 2025 10:05
Sərxoş mühafizəçi Şəhidlər Xiyabanında
21 Yanvar 2025 16:48
Fransa səfiri Şəhidlər Xiyabanında
20 Yanvar 2025 00:47
Araqçı Şəhidlər xiyabanında Foto
08 Dekabr 2025 12:29
Baxış sayı:172
Bu xəbər 14 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















