Icma.az
close
up
RU
Buna görə 18 min kompensasiya ala bilərsiniz

Buna görə 18 min kompensasiya ala bilərsiniz

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Müasir dövrümüzün ən aktual mövzularından biri də mənzil alarkən və ya satarkən qeydiyyatda olan şəxsin və ya şəxslərin qeydiyyatdan çıxarılması məsələsidir”. 

Bu sözləri Azad Vətən Partiyası (AzVP) sədrinin hüquq məsələləri üzrə müşaviri Tacəddin Əyyubov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, bir çox insan mənzil alandan sonra həmin mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması problemi ilə qarşılaşır: 

“Əksər hallarda mənzilin keçmiş sahibi hazırda yaşadıqları evin heç bir mülkiyyət sənədinin olmaması səbəbindən onlara möhlət verilməsini xahiş edir. Hətta bir ay müddətində çıxacaqlarına dair ərizə yazanlar da olur. 

Lakin bir çox hallarda bu, illərlə çəkə bilir. Həmçinin, mənzilin əvvəlki mülkiyyətçiləri qeydiyyatdan çıxmaq istəmirlər. Şəxs mülkiyyətində olan mənzili satmaq istəyir, lakin qeydiyyatda olanların razılığını ala bilmədiyi üçün notariusda alqı-satqı müqaviləsini həyata keçirə bilmir”. 

Həmsöhbətimiz qeyd edib ki, mənzildə qeydiyyatda olan şəxslərin razılıq verməməsinin müxtəlif səbəbləri ola bilər: 

“Məsələn, mənzildə qeydiyyat olan şəxs tamamilə kənardır və onu razılıq almaq üçün tapa bilmirsiniz. Mənzildə qeydiyyatda olan şəxsi tanıyırsınız, lakin xaricdə yaşayır. Mənzildə qeydiyyatda olan şəxsin evi satmanıza etiraz edir və ya müəyyən məbləğ istəyir. Adətən qohumlar arasında bu cür hallar tez-tez baş verir”. 

Şəxs boşandıqdan sonra yaşayış sahəsindən qeydiyyatdan çıxarılmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 

“Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında olur. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında da bu proses həyata keçir. 

Eyni zamanda, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında bu addım atılır”. Tacəddin Əyyubov mənzildə qeydiyyatda olan kənar şəxsin qeydiyyatdan necə çıxarıla biləcəyindən bəhs edib: 

“Mənzilində formal qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə polis idarəsinə inzibati qaydada müraciət edə bilər. Bu məsələ “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunla tənzimlənir. Ümumiyyətlə, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaq üçün məhkəməyə bir çox halda müraciət oluna bilər. 

Qanunun 9-cu maddəsinin birinci hissəsinə görə, yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Lakin bir qayda olaraq polis idarəsi qeydiyyatda olan, ancaq əmlak hüquqları olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından imtina edir. 

Polis idarəsindən imtina məktubu aldıqdan sonra şəxs məhkəməyə müraciət edərək bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin polis orqanın üzərinə qoya bilər. Bununla yanaşı, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır”. 

Hüquqşünas hansı hallarda kompensasiya ödəniləcəyindən də danışıb: 

“Ailə Məcəlləsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin həyat yoldaşı, habelə onun uşaqları və valideynləri aid edilir. 

Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 

Yəni, sözügedən maddələrdən göründüyü kimi çıxarışı olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valideynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir”. 

Ailə üzvü qeydiyyatdan çıxarıldıqda ona istifadə hüququnun itirilməsinə görə kompensasiya ödənilməlidir:

“Kompensasiyanın məbləği individual olaraq müəyyən edilir, amma son zamanlar məhkəmələr əsas kimi eyni şəraitli evdə 3 illik kirayə pulunun kompensasiya kimi müəyyən edir. Misal üçün: şəxs Xətai rayonunda yerləşən 3 otaqlı mənzildən qeydiyyatdan çıxarılır. Tutaq ki, həmin 3 otaqlı evin kirayə haqqı aya 300 manatdır. Bu halda 18 000 manat məbləğində kompensasiya müəyyən edilə bilər. Bu hesablama şərtidir”. 

T. Əyyubov prosesinin müddətindən də söz açıb:

“Bu, bir neçə ay sürə bilər. Polis idarəsi müraciətə 30 iş günü ərzində cavab verdikdən sonra iddia qaydasında məhkəməyə müraciət etmək olar. Məhkəmə təqribən 3 ay ərzində işə baxaraq yekun qərar qəbul edə bilir. Hüquqşünasın tövsiyələrini dinləyərək məhkəməyə müraciət etmək daha səmərəli bir seçim olar”. 

Aslan 
"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri