Icma.az
close
up
RU
Buna görə də sərt tarif siyasətinin uzunmüddətli olmayacağını düşünürəm

Buna görə də sərt tarif siyasətinin uzunmüddətli olmayacağını düşünürəm

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Əvvəlcə ABŞ-a nə satmamıza və nə qədər satmamıza baxaq. 2024-cü ildə ABŞ-a ixracımız barədə bizim tərəfdən rəsmi statistika hələ təqdim edilmədiyi üçün fərqli rəqəmlər səsləndirilir. Lakin “tradingeconomics” saytının ABŞ-dan verilən məlumatlarına əsaslanaraq, Azərbaycandan 162 milyon dollarlıq məhsul ixrac edildiyi qeyd edilib. Bu məhsullar arasında birinci yerdə 83,17 milyon dollarlıq ixracla alüminium ixracı gəlir. Sonrakı yerlərdə isə növlərinə görə təyin olunmayan mallar 48,36 milyon dollar, silah və sursat, hissələri və aksesuarları 8,18 milyon dollar, maşınlar, nüvə reaktorları, qazanlar 5,54 milyon dollar, dəmir və polad 4,53 milyon dollar, incilər, qiymətli daşlar, metallar, sikkələr 2,51 milyon dollar, gübrələr 2,22 milyon dollar, heyvan mənşəli məhsullar 1,94 milyon dollar, taxta və ağacdan məmulatlar, odun kömürü 1,02 milyon dollar, tərəvəz, meyvə, qoz-fındıq yeməkləri isə 766,91 min dollar təşkil edir".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu rəqəm 2023-cü illə müqayisədə 10 dəfə çox deməkdir:

"Amma bu artımın davamlı olması demək deyil. Çünki ABŞ Azərbaycanın ixracında tam qeyri-stabil paya sahib olan ölkədir. Buna görə də 2022-ci ildə bu ölkəyə cəmi 90 milyon dollarlıq mal ixrac edə bilmişdik. 2023-cü ildə isə bu da 6 dəfə azalaraq 16 milyon dollar olub.

Hətta 2008-ci ildə Azərbaycanın etdiyi ixracın səviyyəsi fantastik artaraq, 6 milyard dollar olmuşdur. Sonrakı illərdə isə bu rəqəm 1,7 milyard dollara enmişdir. 2013-cü ilə qədər azalaraq bir milyard dolların altında düşmüşdür. 2023-cü ildə isə 16 milyona çatmışdır.

Ümumiyyətlə isə ABŞ-a olan ixracımız Azərbaycanın ümumi ixracı ilə müqayisədə o qədər kiçik rəqəmdir ki, ixrac istiqamətindən ölkəmizə ciddi təsirinin olmayacağını əminliklə demək olar. Çünki ötən il 26,338 milyard dollarlıq ixracımızın cəmi 0,6 faizini təşkil edir. Yəni satdığımız hər 100 dollarlıq məhsulun cəmi 60 senti ABŞ-a düşür. Buna da 10 faizli tarif tətbiq edilməsi hər 100 dollarda 6 sent deməkdir. Bu altı sentin isə ən azı 4-5 senti məhsulun qiymətinə transfer olunacaqdır. Buna görə də kiçik riyazi hesablamalar etsək, görərik ki, 162 milyon dollarlıq ixracın təsirlənməsi 30 min dolları ötməyən bir rəqəmlə ifadə oluna bilər.

Odur ki, ABŞ tarif siyasətinin mənfi tərəfləri Azərbaycanın ixracına deyil, daha çox idxalı istiqamətində olacaqdır. Çünki bu sərt siyasət ABŞ-la ticarət münasibətlərində olan, xammal tədarükü və ixrac edən ölkələrdə qiymət artımlarına gətirib çıxaracaq. Azərbaycanın isə idxaldan ciddi asılılığı olduğuna görə, bu mənfi təsir ilk növbədə ölkəmizə idxal etdiyimiz məhsulların qiymətində özünü biruzə verəcəkdir.

Ümumiyyətlə ABŞ planetin maliyyə sistemində və iqtisadi dayanıqlığında elə bir mövqeyə malikdir ki, orada qanad çalan kəpənək də əksər ölkələrdə külək yaradır. Odur ki, bu küləyin təsiri bütün ölkələrə olacaq. Lakin hazırkı vəziyyətdə ABŞ bilərəkdən multivektoral təsirlərə məqsədli getdiyi üçün bunun mənfi təsirlərini özü də görəcək. Həm daxildə artan qiymətlərdən və inflyasiyadan təsirlənən yerli iqtisadiyyat və insanlar buna etiraz edəcəklər. Həm də qarşı ölkələr də ABŞ-ın tarif siyasətinin qarşısında “güzgü tutacaq”. Bu zaman ABŞ-ın ixracı da zərər görəcək. Buna görə də sərt tarif siyasətinin uzunmüddətli olmayacağını düşünürəm".

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri