Icma.az
close
up
RU
Uzunmüddətli və sistemli dövlət siyasətinin məntiqi nəticəsi

Uzunmüddətli və sistemli dövlət siyasətinin məntiqi nəticəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz sülh missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsi kimi yüksək dəyərləndirilir. Sözsüz ki, bu mükafat diplomatik uğurun göstəricisi olmaqla yanaşı Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin bariz nümunəsidir.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ölkəmizin başçısının layiq görüldüyü bu yüksək mükafat həmçinin humanizm və qlobal həmrəylik rəmzi hesab edilir: “Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis olunub. Bu Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqi ilə bağlıdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. İndiyədək bu mükafat dünyanın ən nüfuzlu təşkilat, dövlət və hökumət başçılarına təqdim edilib.
Sözsüz ki, bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın regional, qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən ən yüksək qiymət hesab edilir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyi mütləq Qələbə beynəlxalq hüququ bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya döyüş meydanında qazanılan uğurun uzaqgörən diplomatik manevrlərlə möhkəmləndirilməsini təmin etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı qlobal miqyasda sülhün təşviq edilməsinə də öz vacib töhfəsini vermiş oldu”.
Deputat bildirib ki, tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” Proqramı hərbi Qələbənin necə mülki tərəqqiyə çevrilməsinin bariz nümunəsi kimi qlobal miqyasda da təqdir edilir: “Azərbaycanın müharibədən sonra təklif etdiyi sülh gündəliyi isə regional və qlobal əməkdaşlığı, beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edir. Bununla da rəsmi Bakının təklif etdiyi prinsiplər üzərində qurulan sülh gündəmi bölgədəki bütün xalqların rifahına xidmət edir. Məhz dağıdıcı müharibə ritorikasını quruculuq və bərpa prosesi ilə əvəz etməyi bacaran Azərbaycan yerləşdiyi coğrafiyada yeni bir reallıq yaradıb.
Bu bir reallıqdır ki, Azərbaycan bölgədə sabitliyin və sülhün əsas təminatçısıdır. Ölkəmiz həmçinin özünün strateji hədəflərinə doğru inamla irəliləməkdədir.
2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə əldə edilən tarixi razılaşmalar, nəhayət sülh sazişinin paraflanması, Zəngəzur dəhlizinin (Tramp marşurutu) açılması istiqamətində əldə olunan nəticələr bölgədə uzun on illiklər davam edən münaqişə sonrası mühüm bir mərhələnin başlanğıcıdır. Bununla da nəhayət Cənubi Qafqazda qalıcı sülhün və əməkdaşlığın, iqtisadi əlaqələrin inkişafı üçün başlıca zəmin yaranır ki, bu da region xalqları və dövlətləri üçün ən mühüm amil hesab edilir”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yoluna verilən ən yüksək qiymətdir: “Məhz ölkəmizin Liderinin diplomatik məharəti sayəsində Cənubi Qafqaz münaqişə zonası kimi deyil, qlobal sabitlik, logistika və enerji mərkəzi kimi qlobal miqyasda daha çox önə çıxmaqdadır. Bu nüfuzlu mükafat Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna verilən yüksək qiymətin təzahürü olmaqla yanaşı onun həyata keçirdiyi strateji layihələrə də verilən önəmi özündə birləşdirir.
Bu mənada Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu tərəfindən təsis olunmuş nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə fərdi siyasi liderliyin deyil, bütövlükdə Azərbaycan dövlət modelinin beynəlxalq miqyasda qəbul edilməsinin və qiymətləndirilməsinin göstəricisidir. Eyni zamanda bu humanitar diplomatiyanın, multikultural dəyərlərin və regional sabitliyə yönəlmiş siyasətin qlobal səviyyədə necə rezonans doğurduğunu nümayiş etdirir.
Sözsüz ki, cənab Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi uzunmüddətli və sistemli dövlət siyasətinin məntiqi nəticəsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri