Bundan sonra nə olacağını yalnız Allah bilir Putin
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə üçtərəfli sammitdən sonra açıqlama verib.
Modern.az xəbər verir ki, Putin müzakirələrin açıq keçdiyini və tərəflərə bir-birini daha yaxşı anlamağa imkan verdiyini bildirib.
“Bundan sonra nə olacağını yalnız Allah bilir, amma istərdim ki, qarşılıqlı anlaşma olsun”, – Putin deyib.
Rusiya prezidenti sammiti “çox faydalı” və “diplomatiya tarixində bir səhifə” adlandırıb. Onun sözlərinə görə, görüşün təşəbbüskarı Si Cinpin olub. Putin bu formatda görüşlərin davam etməsini istədiyini bildirib.
Kreml rəhbəri Trampın Ukraynadakı münaqişənin həllinə və Rusiya ilə ABŞ arasında əməkdaşlığın qurulmasına səmimi şəkildə çalışdığına şübhə etmədiyini deyib. O, ABŞ-ın mövqeyindəki qeyri-ardıcıllığı ölkənin siyasi sisteminin mürəkkəbliyi ilə əlaqələndirib.
“Heç bir razılaşmanın olmamasındansa, tam həyata keçirilməsə belə, müəyyən razılaşmaların olması daha yaxşıdır”, – Putin bildirib.
O, Avropa təhlükəsizliyi ilə bağlı Moskvanın tələblərinin bütün təfərrüatları ilə ifadə olunmadığını deyib və həmin tələbləri “qanuni” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















