Icma.az
close
up
RU
İranın ağası və... dığası Yunus Oğuz yazır

İranın ağası və... dığası Yunus Oğuz yazır

Icma.az, Milli.az saytına istinadən bildirir.

Səhər-səhər qrupda dostlarımdan biri mənə bir link atdı. Oxudum, uğundum, az qaldı qəşş eləyib gedim işimin dalınca.  Son vaxtlar bu qədər heç gülməmişdim. Ay sənin evinəcən, Rəsul Quliyev!

Deməli, jurnalist ona sual verir:

- Turanla İranın fərqi nədədir?

Rəsul da cavab verir:

- Metanla etanın fərqi nə qədərdisə, o qədərdir. Onun siyasi hazırlığını qoyuram bir kənara. A kişi, day molla əmilərə heç olmazsa bu qədər yaxınlıq eləmə də. Məgər bilmirsənmi,  gəncləri tiryəklə göylərdə uçurdub "cənnətə" göndərən, özünü şiələrin lideri elan (şəxsən biz xahiş etməmişik, heç yalvarmamışıq da) edən ölkədə "ağa" və "dığa" ("dığa" ermənicə "oğlan" deməkdir) eyniləşdirilir? Nə gözəl səslənir: Ağa və dığa. 

O gün İranda yaşayan biri mənə zəng edib "ağa" deyə müraciət edir.

Soruşdum:

- Əvvəllər bizə "baba" deyə müraciət edərdiniz, nə oldu, belə?

Gülə-gülə cavab verdi:

- Ağa, daha sizi babalıqdan çıxartdıq.

Elə bildim şuxluq (zarafat) eləyir. Mən də gülə-gülə yenə sual verdim:

- Niyə?

Bu dəfə tam ciddi şəkildə dilləndi:

- Bizim dığaların xətrinə dəymisiniz. Başbilənlərimiz ermənilərə söz vermişdilər ki, bəs nə qədər biz varıq, onlar sizinlə müharibə etməyə curət etməzlər, çünki Azərbaycan bizim arxa bağçamızdır. Nə istəsək, orada əkə bilərik. Bizim molla fəqih dığaları o qədər arxayın etmişdi ki, ermənilər Qarabağda at oynadırdılar. - Sonra pıçıltıya keçdi.  - İnsafən, biz də pis qazanmırdıq. Bir xeyli adam Qarabağdan çörək pulu çıxarır. Elə ki, siz savaşa başladınız, torpaqları aldınız, bu dığaların başbilənlərindən bir neçəsi gəlib oturdu ayətullahi fəqihin qapısının ağzındakı qara daşın üstündə. Bəs, söz vermişdiniz, bağça  belə gəldi, nə istəsək əkmək belə getdi. Nə oldu?  Baxdıq ki, deyəsən Azərbaycanda çəkilən xərc hədər imiş. Orada heç yel də əkə bilmirik. Odur ki, sizi babalıqdan çıxartdıq. İndi dığalarla vermişik baş-başa. Sizdən incimişik, daha ölkənizə dua və aftafa göndərməyəcəyik.

Kişi sözünü bitirən kimi dedim:

- Ağa və dığa çoxdan qardaş idilər. Azərbaycanda yel də əkə bilməyəcəyinizi əvvəldən duymalı idiniz. Vaxtın varsa, ayətullahdan bir əhvalat danışım.

- Buyur, - dedi və hiss etdim ki, ayətullah sözünü eşidən kimi bütün diqqətini mənə yönəltdi.

- Deməli, ayətullahın kənddə, - aram-aram danışmağa bağladım, - kasıb vaxtları idi. Başını camaata dua yazmaqla dolandırır. Kimisi qovun, kimisi yumurta, xoruz, çolpa verməklə ömür sürür. Bir qonşu kənddən xəbər gəlir ki, bəs bir xəstəyə dua yazmaq lazımdır. Başını orda islat, burda qırx. Neyləməlidir?  Əlbəttə, durub getməlidir, işıq gələn yerə barmağını soxmayacaq ki?  Palanı eşşəyin üstünə atır, xurcuna da bir kiçik qovun qoyur ki, bəs yolda yeyərəm. Yolu yarı etməmiş acıyır. Eşşəyini bir ağacın altında saxlayıb xurcundan qovunu çıxardıb kəsir, yarısını yeyir. Qovun da nə qovun, şipşirin. - Tanışımdan soruşuram. - Ağa, başını ağrıtmıram?

İranlı dərhal cavab verdi:

- Yox, ağa, nə danışırsan? Elə şirin danışırsan ki, adam lap uyuyur.

Atmacamdan qalmadım:

- Siz elə yüz illərdir uyuyursunuz. Ayılan vaxtınız olub ki? - Əhvalatın davamını danışmağa başladım. - Hə, elə ki, qovunun yarısını yeyir, nə fikirləşirsə, o biri yarısını götürmür. Öz-özünə deyir ki, qoy buradan hörmətli bir ağanın keçdiyini düşünsünlər. Yoluna davam edir, amma qovunun dadı damağından getmir. Fikri yarımçıq qalmış qovunda olur. Geri dönüb o biri yarısını da ədəb-ərkanla yeyir. "Qoy desinlər ki, ağanın nökəri də vardı, qovunu səxavətlə nökərilə bölüb" düşüncəsilə eşşəyinə minib getmək istəyəndə, gözü qovunun dadlı qabıqlarına sataşır. Qabıqdan da keçə bilmir. Təzədən eşşəkdən düşüb qabığı da yeyir. Sonra da özünə təsəlli verir: "Qoy desinlər ki, ağanın eşşəyi də vardı".

Susmağımla telefonun o biri başında qəhqəhə səsini eşitdim. Bir qədər güldükdən sonra soruşdu:

- Ağa, indi bu danışdığının mənası nədir?

Dedim:

- Qardaş, özünüzə bir gün ağlaya bilmirsiniz, ölkənizin içi bu gündə, çölü başqa gündə. Bir dığaya görə bütün müsəlman dünyasına sinənizi sipər etmisiniz. Görmürsünüz bu dığalar sizi hara aparır? Uçuruma! Bütün qonşularla, dığalardan başqa, nəinki qonşularla onlara görə hamı ilə üz-göz olmusunuz.

Baxdım ki, ağa telefonun o biri başında dərin sükuta gedib. Handan-hana dilləndi:

- Ağa, düz deyirsən, bu dığalara görə qardaşlarımızın üstünə gedirik. Bu dığalar nəmənə şeydir ki, bizim başbilənlərimiz onların başlarını buraxmaq istəmirlər? Bəs neyləmək lazımdır?

Yadıma sovetdənqalma lətifə düşdü:

- Ağa, şura vaxtı bir təbliğatçı Nehrəm kəndinə gəlir. Camaatı yığıb deyir ki, tələsməyin, bir ayağımız sosializmdə, bir ayağımız da kommunizmdədir, az qalıb. Bunun üstündən beş il keçir. Bu təbliğatçı yenə Nehrəmə gəlib həmin moizəni oxuyur:

"Bir ayağımız sosializmdə, bir ayağımız kom..." demək istəyəndə arxadan bir ağsaqqal ayağa durub onun sözünü kəsir: "Ay oğul! Nə vaxta qədər biz haça-paça qalacayıq? Ayaqlarımız ağrayır axı". İndi də İran haça-paça qalıb. Bizə uyuşdurucu, xurafat, Ermənistana isə silah, neft göndərir. Elə bilir, bunu görmürük.

İranlı tanışım uzun duşuncədən sonra dilləndi:

- Duz deyirsən, ağa! Bu ağa-dığa məsələdi İranı haça-paça edib. Belə getsə təkcə ayaqlarımız yox, başımız da çox ağrıyacaq.

İndi mən qorxuram ki, burada da bəziləri uzun müddət haça-paça qalsın.

13.10.21 

REDAKSİYADAN.  Bu  felyeton  2021-ci   ildə  yazılıb.  Amma son  hadisələr  göstərdi ki, İranın  əqidəsi   dəyişməyib.  Yenə   də  üzdə   dost, əslində isə...  yenə  də  Ermənistanın  yanında,  onunla   qardaşlıqdadı... Müsəlman  İranın  Ermənistandakı  Göy  məscidlə  bağlı  son   fəaliyyəti   də  bu  qardaşlığı sübut   etdi.. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:21
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri