Icma.az
close
up
RU
Bundestim seçmə mərhələyə fiasko ilə başladı

Bundestim seçmə mərhələyə fiasko ilə başladı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Hələ martda start götürən DÇ-2026-nın seçmə mərhələsi davam edir.

"Football-plus.az" xəbər verir ki, sentyabrın 4-də keçirilən qarşılaşmalarda bir sıra sürpriz nəticələr qeydə alındı. Niderland evdə Polşanın müqavimətini qıra bilmədisə, Almaniya Bratislavada tarixi sayıla biləcək bir fiaskoya uğradı. Gürcüstanın tarixi geridönüşə azca gücü çatmadısa, Qazaxıstan yığması “Kayrat”ın uğurunun davamını gətirə bilmədi.
Qrupun aşkar favoriti sayılan Almaniya üçün seçmə mərhələ “soyuq duşla” başladı. Almanların Slovakiya səfərində xala və qola həsrət qalacağını bu komandanın hətta ən bədbin azarkeşi belə proqnozlaşdıra bilməzdi. Düzdü, Camal Musialasız bundestimin hücumda problem yaşayacağını güman etmək olardı. Amma müdafiədə yaşanan sıxıntılara normal izah tapmaq çətindi. Fasilə ərəfəsində Strelets – Hantsko cütlüyü Almaniya müdafiəsini tar-mar edərək hesabı açdı. Bu epizodda mərkəz müdafiəçiləri – Rüdiger ilə Ta sadəcə hücumu izləməklə məşğul idi. Düşünmək olardı ki, Almaniya ikinci hissəyə fərqli motivasiya ilə çıxacaq. Amma dəyişən bir şey olmadı və 55-ci dəqiqədə qonaqların vəziyyəti bir qədər də qəlizləşdi. Strelets Rüdigerin başına oyun açaraq topu uzaq “doqquzluğa” göndərdi! Düzdü, Nagelsmannın əvəzetmələrindən sonra oyun demək olar bir qapıya getdi. Amma Almaniya 1,46 xG yaxalamasına və topa 70 faiz sahib olmasına baxmayaraq heç təsəlli qolunu da vura bilmədi! Bu nəticədən sonra ortaya bir neçə maraqlı və tarixi statistik məqamlar çıxdı. Məsələn, Almaniya tarixində ilk dəfə ardıcıl 3 rəsmi oyunda məğlub oldu! Komanda iyunda Millətlər Liqasında öz meydanında Portuqaliya və Fransaya da uduzmuşdu. Bundan başqa bundestim tarixində ilk dəfə DÇ-nin seçmə mərhələsinə məğlubiyyətlə başladısa, tarixində ilk dəfə DÇ-nin seçmə mərhələsində səfərdə uduzdu!
Buna qədər almanlar mundialın seçmə mərhələlərində 51 səfər oyunundan 41 qələbə, 10 bərabərliklə ayrılmışdılar. Eləcə də Almaniyanın DÇ-nin seçməsində 1-dən artıq top fərqi ilə məğlub olması faktına daha öncə yalnız bir dəfə - 24 il öncə evdə İngiltərə ilə oyunda (1:5) rast gəlinmişdi. Almaniyanın DÇ-nin seçməsində qol vurmadığı son matçı tapmaq üçün yenə də 24 il öncəyə (oktyabr 2001, Finlandiya 0:0) yollanmalı olacaqsız. Ümumilikdə Almaniya Naqelsmannın başçılığı altında 24-cü oyunda 6-cı dəfə məğlub oldu (12 qələbə. 6 heç-heçə). Qrupun digər matçında Şimali İrlandiya səfərdə Lüksemburq üzərində asan qələbə qazandı. Beləliklə, bu qrupda 1-ci turu Şimali İrlandiya zirvədə, Almaniya isə zirzəmidə tamamladı.
A qrupu
Slovakiya – Almaniya 2:0 (1:0)

Slovakiya: Dubravka, Dyömber, Şatka, Şrinyar, Hantsko, Bero, Lobotka, Duda (Beneş, 90), Dyuriş (Riqo, 66), Strelets (Bojenik, 83), Zauer (Tupta, 83).
Almaniya: Baumann, Kollins (Raum, 46), Rüdiger, Ta, Mittelştadt, Kimmix, Ştiller (Əmiri, 60), Qnabri (Adeyemi, 66), Qoretska, Virts, Voltemade.
Qol: Hantsko, 42 (1:0). Strelets, 55 (2:0).
Vərəqələr: Rüdiger, 61. Adeyemi, 89. Beneş, 90+3 – sarı.
Hakim: Sərdar Gözübüyük (Niderland).
4 sentyabr. Bratislava. 20013 tamaşaçı.
Lüksemburq – Şimali İrlandiya 1:3 (1:1)
Lüksemburq: Moris, Yans, Mahmutoviç, Koraç, Karlson, Kruz (Borges Sançes, 65), Olesen (Duarte, 89), Barreyro, Sinani, Bonert (Pinto, 81), Dardari (Muratoviç, 81).
Şimali İrlandiya: Pikok-Farrell, Bredli (Donli, 77), Hyum, Makneyr (Savill, 84), Toal (Makkonvill, 77), Devenni, Makkann, Qalbrayt, S.Şarls, Rid (Marşall, 69), Prays (D.Şarls, 84).
Qollar: Rid, 8 (0:1). Dardari, 30 (1:1). S.Şarls, 46 (1:2). Devenni, 70 (1:3).
8-ci dəqiqədə Prays penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Koraç, 6. Makkann, 18. Bonert, 35. Sinani, 45+1 – sarı. Koraç, 66 – qırmızı (ikinci sarı).
Hakim: Andris Treymanis (Latviya).
4 sentyabr. Lüksemburq. 9214 tamaşaçı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri