Icma.az
close
up
RU
“Bunu birbaşa Əliyar Ağayevin boynuna atardım” nəyi?

“Bunu birbaşa Əliyar Ağayevin boynuna atardım” nəyi?

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə kubokunun ilk yarımfinal oyunlarında mübahisəli epizodlar qeydə alınıb və baş məşqçilər bununla bağlı kəskin narazılıqı bildirib. Onlar əsasən də penalti epizodlarından şikayətlənir.

Qurban Qurbanov komandasının qapısına penalti təyin olunmasından, Vasili Berezutski isə “Neftçi”nin bu şəkildə cəzalanmamasından narazıdı.
Hər iki kubok oyununda verilən penaltilər doğrudumu? Coy-Lens Mikelsin epizoduna münasibətiniz necədi? Mövsümün sonunun yaxınlaşması ilə hakimlərdən narazılığının artması arasında əlaqə görürsüzmü? Bu sualları daimi ekspertimizi Fariz Yusifova ünvanladıq:

“Hər iki matçı izlədim. Yarımfinal oyunları finaldan da maraqlı olur. “Neftçi” – “Sabah” oyunu “Araz-Naxçıvan” – “Qarabağ” matçına nisbətən daha dinamik keçdi. Kubok oyunları FİFA referilərinə tapşırılmışdı. Hakimlər də oyuna tam hazır idi. “Araz-Naxçıvan” – “Qarabağ” matçında VAR vaxtında hərəkətə keçdi. Birmənalı şəkildə ehtiyatsızlıqdan edilən hərəkətdi. Benzya diqqətli olmalıydı. Qol epizodundan sonra baş məşqçinin intizamsızlığı hiss olundu. Ehtiyat hakimi qınaq obyektinə çevirəcəm. Onun vəzifəsi meydandan kənarda baş verən intizamsızlığı baş hakimə çatdırmaqdı. Qurban Qurbanovun hərəkəti birmənalı qəbul olunmur. Baş məşqçini cəzalandırmaq lazım idi. Bu da ehtiyat hakimin diqqətsizliyindən irəli gəldi. Belə hallara yol vermək olmaz. İkinci matç Əliyar Ağayevin rəhbərlik etdiyi briqadaya tapşırılmışdı. Qaranlıq qalan epizodlar oldu. Təxminən eyni hərəkət “Araz-Naxçıvan” - “Qarabağ” matçında da təkrarlandı. Oyunun sonlarında Coy-Lens Mikelsə qarşı edilmiş hərəkət qayda pozuntusu idi. Bunu birbaşa Əliyar Ağayevin boynuna atardım. Gərək diqqətli olaydı. Tapdalama hərəkəti oldu. Birbaşa rəqibin ayağına təmas oldu. VAR-da olan hakimlərin məsuliyyətsizliyini də qeyd etmək lazım idi. VAR bu epizoda müdaxilə etməliydi. Onlar da mütləq şəkildə cəzasını almalıdı. Belə bir oyunda səhv etmək, cavab oyunu üçün də məsuliyyətsizlik yarada bilər. Bu epizodu çıxmaq şərti ilə Əliyar Ağayevin idarəçiliyində elə bir qüsur olmadı. Cavab görüşləri daha gərgin keçəcək. Təyinat alacaq hakimlər daha diqqətli olmalıdı”.

ƏSƏD SEYİDOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see315

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see290

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see280

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see274

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see259

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see248

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see245

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see245

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see242

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see237

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see226

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see225

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see218

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see212

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see211

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see174

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri