Icma.az
close
up
RU
Yalnız Əliyar Ağayevin qərarı narazılıq doğurdu

Yalnız Əliyar Ağayevin qərarı narazılıq doğurdu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

31-ci turu intizam sanksiyaları baxımından ideal saymaq olmaz. 20 sarı, 2 qırmızı vərəqə - bu statistika hər şeyi “deyir”.

Hakim qərarlarının ədalətli olub-olmamasına gəlincə, cəzadan dönən Əliyar Ağayev Elmar Baxşıyevin qınağına tuş gəldi. Öz aramızdı, “Araz-Naxçıvan”ın baş məşqçisinin hakimlərdən yeri gəldi-gəlmədi narazılıq etməsinə artıq öyrəşmişik.
Araz-Naxçıvan – Turan Tovuz, ƏLİYAR AĞAYEV
Avrokuboklara yollanmaq istəyən komandalar mövsümün sonuna qədər arxayın olmaq istəyirsə, azı 3-cü pillədə qərarlaşmalıdı. Bu üzdən Mərdəkanda amansız mübarizəyə şahidlik edəcəyimizə şübhə yox idi. İş ondadı ki, qələbəyə daha çox ehtiyac duyan “Turan Tovuz” rəqibin azlıqda qalmasına baxmayaraq, risk etməkdən çəkindi və 1 xala qane oldu. Təbii ki, bu hesab naxçıvanlılar üçün daha sərfəlidi. Qələbə qazana bilməyən “Turan Tovuz” hakimdən narazı qalmadı. Elmar Baxşıyev isə Vanderson Melonun 2-cı “sarı”sının “ucuz sarı vərəqə” kimi dəyərləndirdi. Qınamayın, amma Əliyar Ağayev bu dəfə ağ vərəq kimi təmizdi. Yox, qınayacaqsızsa, Melonun ətəyindən yapışın. Çünki İsmayıl Zülfüqarlı ilə mübarizədə kobudluq artıq idi.
Qarabağ – Neftçi, ELÇİN MƏSİYEV
“Qarabağ”ın üstünlüyü şəraitində keçəcəyini proqnozlaşdırdığımız Azərbaycan derbisi nə komandaların oyun tərzi, nə də hesab baxımından bizi yanıltdı. Düzdü, 90 dəqiqə ərzində xeyli sayda yüngül və kobud qayda pozuntuları qeydə alındı. Lakin bunun Elçin Məsiyevin işini böyük ölçüdə çətinləşdirdiyini deyə bilmərik. Hiss olunurdu ki, ədalət təmsilçisi matçın dinamik və sürətli keçməsində maraqlıdı. O, bu üzdən xüsusilə 1-ci hissədə hər iki komandanın oyunçularına münasibətdə mərhəmətli davrandı ki, nəticədə Samir Abasovun etirazıyla üzləşdi. Mütəxəssis fasilədə baş hakimə yaxınlaşaraq irad bildirdiyi üçün sarı vərəqəni haqq etdi. İstənilən halda, Məsiyev nə hansısa ayrı-seçkiliyə yol verdi, nə də müzakirəyə açıq qərarla yadda qaldı.
Şamaxı – Kəpəz, CAVİD CƏLİLOV
Elitada qalmaq uğrunda mübarizə aparan komandaların dueli yetərincə gərgin keçdi. O başqa məsələ ki, “Şamaxı” həm meydan sahibi statusundan, həm də sabit nəticə qazanmaqda rəqibdən daha uğurlu olmasından layiqincə yararlandı və lazım olan xalları qazandı. “Şirlər” Dieqo Verdaşkaya qarşı kobudluq edən Maykl Tuikin meydandan qovulmasıyla barışdı ki, məhz belə olmalıydı. Ümumiyyətlə, Cavid Cəlilovun ciddi səhvlə yadda qaldığını demək olmaz. Şamaxılı azarkeşlərin “şirlər”in əleyhinə verilən hər qərarı etirazla qarşılaşamasına isə artıq öyrəşmişik.
Sabah – Səbail, FƏRİD HACIYEV
Baxımlı keçən oyunda komandalar ciddi qayda pozuntusuna ehtiyac duymadı. Hər birinin qaydalara uyğun performans sərgiləməsi Hacıyevin də işini asanlaşdırdı. Fərid bəy epizodlara yetərincə yaxın idi, hadisələrin axarına nəzarət edirdi. Beş sarı vərəqə göstərdi ki, buna görə referiyə irad tutmaq çətindi. Hacıyevin köməkçiləri də işinin öhdəsindən layiqincə gəldi.
Zirə - Sumqayıt, RAUF CABBAROV
Ədalət təmsilçiləri məsuliyyətin altında əzilmədilər. Onsuz da mübarizənin əsasən meydanın “Sumqayıt”a aid hissəsində getməsi baş hakimin işini asanlaşdırmışdı. Buna görə də oyunun idarə olunmasında heç bir çətinlik yaşanmadı. Cabbarov futbolçulara 3 sarı vərəqə göstərdi ki, verdiyi qərarlarda da haqlı idi. Referi Rəşad Sadıqova xəbərdarlıq etməli oldu. Salifu Suma 89-cu dəqiqədə 3-cü qolu vurarkən qonaq futbolçular ofsayd iddiasında olsalar da, qol qaydalar çərçivəsində vurulmuşdu. Ümumilikdə ziddiyyətli, mübahisəli epizod qeydə alınmadı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:316
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri