Bunu etməsəniz cərimələnəcəksiniz
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür.
Bu barədə Qaynarinfo-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:
uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəmə mənbəyində tutulan vergi;
əlavə dəyər vergisi;
aksizlər;
yol vergisi;
mədən vergisi;
daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi;
pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi.
Qeyd edilib ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergi tutulan əməliyyatlar aparan, vergi tutma obyekti olan ödəyicilər tərəfindən bəyannamənin müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Baxış sayı:119
Bu xəbər 19 Sentyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















