Icma.az
close
up
RU
Bunu hər bir qadın bilməlidir! SPİRALLARIN müsbət və mənfi cəhətləri

Bunu hər bir qadın bilməlidir! SPİRALLARIN müsbət və mənfi cəhətləri

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşaqlıq daxili spiral (UDS, hamiləliyin qarşısını alan spiral) arzuolunmaz hamiləlikdən qorunmanın ən etibarlı və müasir üsullarından biridir.

Uşaqlıq daxili spiralın yerləşdirilməsindən sonra hamiləliyin əmələ gəlmə ehtimalı təxminən 1,1% təşkil edir. Müasir uşaqlıq daxili spirallar kiçik, nazik plastik və ya metal qurğulardır.

Bir kontrasepsiya üsulu kimi uşaqlıq daxili spiralın hansı üstünlükləri və çatışmazlıqları vardır?

Öz üstünlükləri sayəsində, uşaqlıq daxili spiral bütün digər kontrasepsiya üsulları arasında xüsusi yer tutur:

- Arzuolunmaz hamiləliyin qarşısının alınması baxımdan spiralın yüksək effektivliyi hamiləliyin qarşısını alan hormonal tabletlərlə müqayisə oluna bilər və 99% çatır və hətta ötür.

- Spiral hamiləliyin qarşısını alan həblərdən daha etibarlıdır, çünki hamiliyin qarşısını alan həbləri qəbul edən qadınlar çox vaxt həbi vaxtında qəbul etməyi unudurlar, bu isə bu üsulun etibarlılığını əhəmiyyətli dərəcədə azaldır.

Spiraldan istifadə olunarkən, qadın tərəfindən hamiləliyin qarşısını alan effektin saxlanılması üçün heç bir hərəkətlər tələb olunmur və buna görə də istənilən səhv və ya təsadüf ehtimalı istisna olunur.

- Bütün digər kontrasepsiya üsulları ilə müqayisədə, uşaqlıq daxili spiral ən ucuz hamiləliyin qarşısını alan üsuldur. Baxmayaraq ki, bir spiralın qiyməti bir bağlama hamiləliyin qarşısını alan həblərin və ya bir qoruyucular bağlamasının qiymətindən dəfələrlə çoxdur, 3-5 ilə hesablamada (bir spiralın istifadə müddəti) onun qənaət baxımından üstün olduğu görünür.

- Hamiləliyin qarşısını alan tabletlərdən fərqli olaraq, tərkibində hormonlar olmayan metal və ya plastik spirallar orqanizmə, bir çox qadınların qorxduğu (bəzi hallarda haqlı olaraq) heç bir ümumi “hormonal” təsir göstərmirlər.

Bu səbəbdən tərkibində hormonlar olmayan UDS 35 yaşından yuxarı qadınlar üçün döşlə əmizdirmə dövründə, aktiv siqaret çəkmə zamanı və ya hamiləliyin qarşısını alan həblərdən istifadə oluna bilmədiyi, lakin arzuolunmaz hamiləlikdən yüksək qorunma dərəcəsi tələb olunan hallarda əsas qorunma vasitəsi kimi tövsiyə edilir.

- Spiral cinsi əlaqə zamanı tamamilə hiss olunmur və partnyorlara mane olmur.

Yuxarıda təsvir edilən üstünlüklərə baxmayaraq, uşaqlıq daxili spiralların bəzi mənfi cəhətləri də mövcuddur:

- Uşaqlıq daxili spiralın yerləşdirilməsi və çıxarılması yalnız həkim ginekoloq tərəfindən həyata keçirilir.

- Adətən, uşaqlıq daxili spirallar uşaqlara hələ də sahib olmayan qadınlara qoyulmur.

- Uşaqlıq daxili spiralın yerləşdirilmə zamanı və ya yerləşdirilmədən dərhal sonra çox nadir hallarda olsa uşaqlığın deşilməsi mümkündür.

- Uşaqlıq daxili spirallar çox nadir hallarda olsa da endometritin (uşaqlığın iltihabı) inkişafına səbəb ola bilər.

- Spiraldan istifadə olunan müddət ərzində bu kimi ağırlaşmalar mümkündür: aybaşılar zamanı ağrıların güclənməsi, aybaşılar zamanı qanlı ifrazatların miqdarının çoxalması,  aybaşılardan sonra və ya aybaşılar arasındakı müddətdə uşaqlıq yolundan yaxıcı qanlı ifrazatların əmələ gəlməsi.

- Təsdiqlənmiş cinsi infeksiya və ya cinsiyyət orqanlarının iltihabı, uşaqlıq boynunun eroziyası olan qadınlara, cinsiyyət orqanlarında şişlər olan qadınlara, uşaqlığın və ya uşaqlıq boynunun inkişafında qüsurlar olan qadınlara spiral qoyulmur.

Ginekoloq.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri