Bunun qarşısını ala bilmərik Rektor
Icma.az, Unikal.az saytına istinadən bildirir.
"Süni intellekt və dizayn. Biz bu məsələyə çox diqqətlə, eyni zamanda ehtiyatla yanaşırıq".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova deyib.
Universitetdə keçirilən "Dizayn Həftəsi"ndə çıxış edən rektor bildirib ki, bu məsələyə artıq aydınlıq gəlməlidir:
"Çünki bu, bizi gələcəkdə gözləyən bir məsələ deyil. Artıq bu gün bizim həyatımıza, təhsilimizə daxil olan bir prosesdir. Bu daxil olmanı getdikə daha çox görəcək və hiss edəcəyik. Daha səviyyəli təhsil vermək üçün biz bunu mənimsəməli və istifadə etməliyik. Süni intellektin təhsilə gəlməsindən qaça bilmərik. Bunun qarşısını ala bilmərik, heç ehtiyac da yoxdur.
Bundan necə istifadə etməliyik, təhsilimizdə nəyi və necə dəyişməliyik ki, zamanın və yeni texnolofiyaların tələbləribə uyğun hərəkət edə bilək, eləcə də təhdsilimizin keyfiyyətini bundan da yuxarı səviyyəyə qaldıra bilək?! Belə mövzuları bir yerə yığışaraq müzakirə etməyimiz, ümumi nəticələrə gəlməyimiz çox gözəldir. Bu işlər gələcəkdə də davam etməlidir".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 29 Aprel 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















