Icma.az
close
up
RU
“Bunun üzərində ciddi düşünmək lazımdır” Qüdrət Həsənquliyev

“Bunun üzərində ciddi düşünmək lazımdır” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hörmətli sədr, öncə səfərləriniz barədə Milli Məclisə məlumat verməyinizə və uğurlu səfərlərə görə təşəkkür edirəm. Yeni uğurlu səfərlər arzulayıram.
Müzakirə olunan məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, əlbəttə bu çox xoşdur, amma bunun üzərində ciddi düşünmək lazımdır. Ona görə ki, biz qanuna əlavə etiyimiz 3.3-cü maddədə qeyd edilir ki, “minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanları təhsil, səhiyyə, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün qida rasionu müəyyənləşdirir”.
Hesab edirəm ki, əslində “minimum istehlak səbətinin qida məhsulları” sözü buradan çıxarılmalıdır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Bəzi hallarda xəstələrin özünə və ya reabilitasiya olunan şəxslərə gücləndirilmiş qida rasionu tətbiq olunmalıdır. Yəni qidalar, o cümlədən qida əlavələri təqdim edilməlidir. Məsələn, bir futbol oyununda, bəzən bir idmançı 7 kiloqrama qədər çəki itirir. Bəzən biz özümüz televiyada müşahidə edirik ki, məsələn, tennis oyununda idmançılar hətta fasilələrdə belə ya banan yeyir, ya da hansısa qida əlavəsi qəbul edir. Ona görə ki, həddindən artıq enerji itirirlər. Minimum istehlak səbətinə qida məhsullarının siyahısı daxil olsa da, qida əlavələri daxil edilməyib.
Bura həm xəstələr, həm də müəyyən təhsil müəssisələri, o cümlədən kursantlar, yaxud internat məktəbləri şamil edilməlidir.
Kursantlar təlimlər zamanı həddindən artıq enerji itirirlər. Onlara çox yemək olmaz. Eenerjini bərpa etmək üçün gərək çox yesin. Onda da mədə böyüyür, onun hərəkəti çətinləşir. Amma o az yeməli və çox güclü qidalanmalıdır.
Onun üçün də qida əlavələrinə ehtiyac yaranır. Bu baxımdan mən hesab edirəm ki, biz bu siyahıya silahlı qüvvələr və azadlıqdan məhrumetmə yerlərində cəzaçəkən şəxlər də daxil edilməlidir. Onların da qidalanması dövlət tərəfindən həyata keçirilir. Yəni bu siyahıya onlar da daxil edilsinlər. Bir də adətən minimum istehlak səbətinin tərkibi 3 ildən bir müəyyənləşdirilir. Bu da kifayət qədər böyük müddətdir. Yəni bu müddəti ən azı 2 ildən bir etmək lazımdır. Və bir daha vurğulayıram ki, bir çox xəstələrə həkimlər elə meyvə növləri tövsiyyə edirlər ki, amma o istehlak səbətinə daxil deyil. Məsələn, avokado, kifayət qədər bahalı meyvədir. Bu baxımdan bunun üzərində düşünülsə əhəmiyyətli olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 May 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri