Burada 3 dövlət, tək millət var Ərdoğan
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Burada Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana Azərbaycanın dörd bir yanındakı qardaşlarıma sevgimi, hörmətimi göndərirəm.
Axar.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında Müstəqillik Gününə həsr edilmiş mədəni tədbirdə bildirib.
“Sizlərə “Can Azərbaycan”, “İki dövlət, bir millət” deyincə ürəyində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda 3 dövlət, tək millət var. Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü canı könüldən təbrik edirəm. İstiqlal və istiqbal yolunda verdiyimiz şanlı mübarizələri şəhadətləri ilə taclandıran qəhrəmanları rəhmətlə yad edirəm”, - deyə Ərdoğan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 28 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















