Icma.az
close
up
RU
“Burada diqqətçəkən məqam Çin faktorudur

“Burada diqqətçəkən məqam Çin faktorudur

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Əli Zülfüqaroğlu: “Çinin münaqişəyə çəkilmə ssenarisi mümkündür”

Son günlər Hindistan və Pakistan arasında artan siyasi və hərbi gərginlik silahlı münaqişəyə çevrilib. Bu gecə Hindistan Silahlı Qüvvələri Pakistanın bir neçə sərhəd mövqeyinə genişmiqyaslı hücum həyata keçirib. Məlumatlara görə, ölən və yaralananlar var. Münaqişə bölgəsində vəziyyət çox gərgindir və hər iki tərəf bir-birini təxribatda ittiham edir. Bundan sonrakı proseslər hansı məcrada davam edəcək? Böyük güclər də bu gərginlikdə öz strateji maraqlarını qorumağa çalışır. Müharibənin miqyası daha da böyüyə və nüvə silahları işə düşə bilərmi? Ümumiyyətlə, Kəşmir nə üçün tərəflər arasında bu qədər önəmlidir? Azərbaycanın bu məsələdə mövqeyi necədir?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a açıqlamasında “prosesin gedişatı göstərir ki, Hindistan eskalasiyanın davam etməsində maraqlıdır”,-deyə bildirib.

Onun sözlərinə görə, törədilən terror aktının Hindistanın maraqlarına cavab verdiyini nəzərə alsaq, o zaman mənzərəni özümüz üçün müəyyən qədər təsəvvür edə bilərik: “Yəni Hindistanın təhrikedici addımlarının arxasında bəlli ssenari var. Çünki İslamabad Pakistan ərazisində olan qrupları terror təşkilatı kimi tanıyıb və mütəmadi olaraq, bu təşkilatlara qarşı əməliyyat keçirir. Pakistanın özünün terror təşkilatı kimi tanıdığı qrupların fəaliyyətinin məsuliyyətini Pakistanın üzərinə yıxmaq absurddur. Buradan görünür ki, Hindistanın özü terror aktının törədilməsində maraqlı olub. Yəni, hərbi əməliyyatlara başlamaq üçün heç bir məntiqə sığmasa da, bəhanə əldə edib”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, bundan sonrakı proseslərin hansı məcrada davam etməsi ehtimalı ilə bağlı fikir yürütmək üçün bəzi detallara diqqət yetirmək vacibdir: “İndiyə qədər olan münaqişələrə BMT Təhlükəsizlik Şurası müdaxilə etməyə çalışıb. Amma təcrübə göstərir ki, BMT Təhlükəsizlik Şurası da adətən elə 5 daimi üzvlərin yaratdığı münaqişələrlə bağlı toplanıb və təbii ki, heç bir nəticə əldə edilməyib. Çünki daimi üzvlərdən hansısa münaqişənin davam etməsində maraqlı olub.

İndi durum tamamilə fərqlidir, BMT başda olmaqla beynəlxalq təşkilatlar funksionallığını tamamilə itiriblər. İkinci dünya müharibəsindən sonra qurulan dünya düzəninin çöküş prosesinə qədəm qoyması güc amilinin açıq formada tətbiq olunmasına gətirib çıxarıb. Yəni BMT Təhlükəsizlik Şurasının daimi üzvləri başda olmaqla, güclü dövlətlər münaqişə tərəfi olduqlarını gizlətmirlər.

Digər tərəfdən Hindistanın absurd yanaşması və Pakistanın problemin digər dövlətlərin iştirakı ilə araşdırılması çağırışına adekvat reaksiya verməməsi üçüncü qüvvələrin eskalasiyada maraqlı olduğunu deməyə əsas verir. Burada diqqət çəkən məqam Çin faktorudur. Yəni Çinin münaqişəyə çəkilmə ssenarisi mümkündür. Bunun da ABŞ-Çin ticarət savaşı kontekstində dəyərləndirilməsi daha məntiqlidir. Yəni Hindistanın əli ilə atılan bu addımlar Çini ABŞ ilə konsensus əldə edilməsinə məcburetmə xarakteri daşıya bilər.

Çünki Çin Pakistanla yaxın münasibətlərə malikdir, Hindistanla isə rəqibdir. Eyni zamanda Kəşmirin bir hissəsi Çin ərazisində yerləşir. Dolayısı ilə Çinin münaqişəyə qoşulması üçün yetərli səbəblər var. Hindistan-ABŞ arasındakı isti münasibətləri və ABŞ-nin Hindistanı Çinə qarşı istifadə etmək niyyətlərini nəzərə alsaq bu versiya daha ağlabatandır.

Digər bir məsələ isə Türkiyə faktorudur. Əgər Pakistanla Hindistan arasında müharibə genişlənərsə Türkiyə avtomatik proseslərdə yer alacaq. Burada isə İsrail faktoru önə çıxır. Yəni Suriyada Türkiyə ilə qarşıdurma vəziyyətində olan İsrail də Pakistan-Hindistan münaqişəsinin genişlənməsində və bu səbəbdən Türkiyənin Suriyadakı mövqelərinin zəifləməsində maraqlı ola bilər”.

Ə.Zülfüqaroğlu bildirib ki, əslində hər iki tərəfin nüvə silahlarına sahib olması məsələnin müsbət tərəfidir: “Yəni bu o deməkdir ki, Pakistan çətin duruma düşərsə, nüvə silahından çəkindirici vasitə kimi istifadə edə bilər. Yəni Hindistanın Pakistanı tamamilə məğlub etməsi qeyri-mümkündür. Doğrudur, insan resursları və hərbi güc baxımından Hindistan üstündür. Amma nüvə silahına malik və eyni zamanda döyüşçü bir topluma sahib Pakistan da böyük gücdür və ona ən azı silah dəstəyi verəcək Çin və Türkiyə kimi dostları var. Bu da onu deməyə əsas verir ki, münaqişənin nüvə mərhələsinə çatmaq ehtimalı azdır”.

Siyasi şərhçi vurğulayıb ki, Kəşmir mübahisəsi 1947-ci ildən sonra başlayıb və Hindistanın özbaşınalığı ucbatından indiyə qədər nəinki öz həllini tapıb, ümumiyyətlə daha da gərgin vəziyyət yaranıb: “Kəşmirin böyük hissəsi Hindistanın tərkibində qalıb. Beynəlxalq hüququn tələbi odur ki, Kəşmirin müqəddəratının həlli üçün referendum keçirilməli və Kəşmir xalqı özü buna qərar verməlidir. Pakistan bunu dəstəkləsə də, Hindistan buna qarşı çıxır. Çünki Hindistanın işğal etdiyi Kəşmirin 14 milyon əhalisinin əksəriyyəti müsəlmandır. Əgər referendum olarsa onlar ya müstəqil olacaqlar, ya da Pakistanın tərkibinə qatılacaqlar. Hindistan isə nəinki bunu qəbul edir, ümumiyyətlə Kəşmirin əsas hissəsini işğal edərək, Hindistan torpağı elan edib”.

Ə.Zülfüqaroğlu deyib ki, Azərbaycan həmişə ədalətin və beynəlxalq hüququn yanında olub: “Azərbaycan təkcə qardaş ölkə olduğuna görə deyil, beynəlxalq hüququn və ədalətin tələbinə görə Pakistanın yanındadır. Ədalətli yanaşma da odur ki, Hindistam aqressiv və işğalçı siyasətinə son qoymalı, müsəlmanlara qarşı diskriminasiya siyasətini dayandırmalı və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə mane olmamalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 May 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri