Icma.az
close
up
RU
Şəhid mayorun qürurlu anası

Şəhid mayorun qürurlu anası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Şəhidlərimiz ən böyük mənəvi zirvəni fəth edirlər. Amma onlardan geriyə elə ağrılı yaralar qalıb ki, sağalması mümkün deyil. Ən dərin yara isə sözsüz ki, şəhid anasının qəlbində açılıb. Bu yara həm övlad itirmək, həm də onunla qürur duymaq arasında adsız duyğuda qövr edir.

44 günlük Vətən müharibəsi zamanı qələbənin bir addımlığında Şuşada şəhadətə ucalan mayor Fərid Ələkbərovun anası Şükufə Hüseynova ilə həmsöhbət olduq. 5 ildir ki, oğlunun yoxluğunun ağrısını qəlbində daşıyan ananın sinəsi dağlı olsa da, balası haqqında danışanda yenə də gözlərində qürur duyulur. Çünki o, özünün də dediyi kimi, Vətənə, millətə oğul olan övlad böyüdüb. Bu oğul özünə “şəhid”, Şükufə xanıma isə “şəhid anası” kimi şərəfli bir status qazandırıb...

Şükufə ana oğlu ilə son söhbətini belə xatırladı:

– Vətən müharibəsi başlayanda evdə hamımıza təlimə gedirəm deyib gənc zabitlərlə ön cəbhəyə yollandı. Noyabrın 7-də mənə zəng edib qələbə müjdəsi verdi. Dedi ki, ana, Şuşa artıq bizimdir. Sən narahat olma, hər şey yaxşı olacaq. Bir müddət sənə zəng edə bilməyəcəm, məndən nigaran qalma. Bu onunla son söhbətim oldu...Ondan sonra Fəriddən xəbərimiz olmadı...

...1980-ci il iyulun 18-i mənim üçün ən xoşbəxt gün idi. Çünki anadan olduğum gündə əkiz övladlarım Fərid və Rüfət dünyaya gəlmişdi. Artıq 5 ildir ki, həmin gün ən kədərli günümdür. Oğlanlarımın hərəsi bir əlim, döyünən ürəyim idi. İndi isə elə bilirəm bir əlim yoxdur.

Vətən qarşısında alnıaçıq, üzüağ olan şəhid anası bu yerdə bir anlıq sükuta daldı və gözünün önünə Fəridli günləri gəldi. Dərindən ah çəkərək söhbətinə davam etdi:

– Oğlum uşaqlıqdan vətənpərvər ruhda böyümüşdü, Vətəninə bağlı idi. Məktəbdə xərcləməyə verdiyimiz pulla qərənfil alıb tez-tez Şəhidlər xiyabanına gedərdi. Xocalı faciəsi baş verəndə isə hərbçi olmağa qərar verdi. Vətəni sevdi, onun üçün yaşadı və onun azadlığı yolunda da canını əsirgəmədi. O, harada olubsa, bizə başucalığı gətirib. Xoş sorağı ilə sevindirib bizi. Həmişə olduğu kimi, yenə də başımızı uca etdi. Şəhidlik hamıya nəsib olmur. O, ölümü ilə də ən ali mərtəbəyə ucaldı.

Qeyd edək ki, Ələkbərov Fərid Tahir oğlu 1980-ci il iyulun 18-də Bakıda dünyaya göz açıb. 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib.

Həmin il Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə təhsilini başa vurub. Bununla da kifayətlənməyərək İsparta şəhərindəki Dağ Komando Məktəbinə qəbul olub və buranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub. Müharibədən əvvəl Ali Hərbi Məktəbin müəllimi idi.

2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində iştirak edən mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşıb. Ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşü davam etdirən qəhrəman zabit düşmənin canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında müstəsna rol oynayıb.

Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və İkinci Fəxri xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Fərid Ələkbərov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Fərid Ələkbərov müharibədən əvvəl III dərəcəli “Qüsursuz xidmətə görə”, II dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə də təltif olunub.

Qeyd edək ki, Fərid Ələkbərov ailəli idi. Bir övladı var. 2022-ci ildən Bakının Yasamal rayonundakı küçələrdən biri onun adını daşıyır.

Şübhəsiz ki, bu gün Fəridin və bütün şəhidlərimizin ruhu şaddır. Çünki indi artıq üçrəngli Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə də dalğalanır. Ruhun şad olsun, cənab mayor!

Elenora HƏSƏNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri