Icma.az
close
up
RU
30 illik həsrət bitdi, 100 illik yara kəsildi, 200 illik “köç”...

30 illik həsrət bitdi, 100 illik yara kəsildi, 200 illik “köç”...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Son 270 ilimizdə - Nadir Şahdan üzü bəri tariximizdə 8 Noyabr qədər parlaq Qələbəmiz yoxdur!

8 Noyabr - Zəfər Günü müqəddəs, ehtişamlı və işıqlı gündür. Çünki bu gün yalnız bir qələbənin əldə edilməsi, bir müharibənin sonlanması deyil, 30 illik həsrətin bitməsi, 100 illik yaranın kəsilib-atılması, 200 il öncəki uzun hədəflərə hesablanan “köç”ün fəsadlarının bir hissəsinin təmizlənməsi, ədalətin bərpası, milli iradənin təntənəsi günüdür.

2020-ci ilin noyabrında Azərbaycan xalqı öz torpaqlarını azad etməklə təkcə bir müharibəni deyil, əsrin ədalətsizliyini də sona çatdırdı. Bu qələbə müstəqil Azərbaycanın gücünü, ordusunun qüdrətini, xalqının birliyini və Prezident İlham Əliyevin dəmir iradəsini dünyaya göstərdi.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hər bir qarışı qanla azad etdi, lakin Şuşanın alınması bu savaşın zirvəsiydi.

Şuşa təkcə bir şəhər deyil, Azərbaycanın mənəviyyat və mədəniyyət paytaxtı, millətin ruhunun, qəlbinin simvoludur.

Azərbaycan əsgəri qayaları, sıldırımı qalxaraq Şuşanı aldı - bu, dünyanın heç bir ordusunun etmədiyi, görünməmiş, misli-bərabəri olmayan bir qəhrəmanlıq idi.

O gün sanki Cıdır düzündə yalnız əsgərlərimiz yox, Şəhidlərimiz də vardı. Bütün Ruhlar 30 illik iztirabdan sonra zəfərimizin paytaxtına toplaşmışdı. O Gün bir başqa gün idi! Şuşanın azadlığı bütün millətin ruhunun azadlığı idi. Biz millət olaraq, fərd olaraq o gün böyüdük, böyük olduq, ucaldlq, yüksəldik...

Bu elə bir duyğu, yaşantı, hissiyyatdır ki, onu - O Günü təsvir etmək, təsəvvür etmək, tərənnüm etmək, ifadə etmək mümkünsüzdür. Nə yazsan, sönük qalır o Nəhəngliyin qarşısında! Nə qədər şükr etsək az... Nə qədər dua etsək az... Nə qədər tərif etsək, az görünür...

Biz o gün doğulduq sanki!

O gün pasport aldıq!

8 Noyabr - hamımızın Ad günümüzdür...

Zəfər Günü həm də birliyimizin simvoludur!

44 gün ərzində azyaşlı uşağından ağsaqqalına qədər hər kəs “Qarabağ Azərbaycandır!” deyərək bu mübarizədə iştirak etdi. Bu miqyasda birlik tariximizdə bir İlk idi.

Cəbhədə döyüşən əsgərlə, arxada dua edən ana, əsgər maşınlarının önünü kəsib hər şeyini - canını, ürəyini, gücünü, ruhunu o əsgərlərə verən eyni niyyətlə, eyni ovqatla yaşayırdı. Hər kəs "Vətən sağ olsun!" deyirdi. Azərbaycan Sevgisinin ucu-bucağı yox idi.

Hər yerdə, hər evdə o günlərdə bir bayraq, bir dua, bir ümid, bir ehtişam, bir şövq vardı. Bu, təkcə hərbi deyil, Mənəvi Savaş idi. Bizim o Savaşı udmağa əşhədü-ehtiyacımız vardı...

Şuşanın alınması ilə düşmən təkcə məğlub olmadı, Azərbaycan xalqının birliyinin, iradəsinin qarşısında diz çökdü, çilik-çilik, paramparça oldu, darmadağın edildi.

Bu günün sevinci, fərəhi, əzəməti Şəhidlərimizin qanı bahasına qazanılıb.

Onların hər biri bu torpaq, bu bayraq üçün canını qurban verib.

Bizim borcumuz onların ruhuna sadiq qalmaq, bu qələbəni qorumaq, Vətən sevgisini gələcək nəsillərə ötürməkdir.

Zəfər Günü - yalnız qürur deyil, məsuliyyət günüdür.

Çünki bu qələbə bizdən daha çox ədalətli, güclü, mədəni, vətənpərvər bir gələcək qurmağı, Azərbaycanı daha da gücləndirməyi tələb edir.

Bu gün Zəfər bayramını təkcə Azərbaycan deyil, bütün türk dünyası qeyd edir. Çünki bu qələbə yalnız bir xalqın deyil, bütövlükdə Türk iradəsinin, ədalətin və haqlılığın qələbəsidir.

Zəfər Günü - yenilməzliyin, dövlətçiliyin və milli qürurun bayramıdır.

Zəfərin işığı artıq bu torpağın hər daşına, hər çınqılına hopub.

O işıq hər birimizin ürəyindədir...

Qoy, hər 8 Noyabrda bayrağımız daha da ucadan dalğalansın!

Bu bayraq, bu torpaq, bu zəfər Azərbaycanındır!

Zəfər günümüz mübarək!

Şuşamız mübarək!

Yenidən doğuluşumuz mübarək!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri