Vətən müharibəsi iştirakçısı olmuş futbolçu: Birlik olan yerdə hər zaman Qələbə olur
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 8 noyabr, AZƏRTAC
Sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün sonra möhtəşəm Zəfərlə başa çatdı. İndi də həmin günləri xatırlayanda təsirlənirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 44 günlük Vətən müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərə könüllü qatılan “Qəbələ” komandasının oynayan məşqçisi Asif Məmmədov deyib.
O, Vətən müharibəsində iştirak etməyinin onun üçün qürurverici məqam olduğunu söyləyib: “Həmin vaxt hamı bir olub cəbhəyə getmək üçün çalışırdı. Birlik olan yerdə hər zaman Qələbə olur. Xalqımız bunu dünyaya sübut etdi. Şəhidlərimiz və qazilərimiz oldu. Bu da müharibidə normaldır. Biz müdafiədə idik. Əlbəttə, həmin vaxt orada tanınmış idmançıların olması döyüşçülərə və gənc əsgərlərə əlavə həvəs verirdi”.
Əslən Ağdam rayonunun Abdal-Gülablı kəndindən olan A.Məmmədov səbirsizliklə doğma yurduna qayıdacağı günü gözlədiyini deyib: “Müharibədən sonra gedib evimizi tapdım və ailəmə də göstərdim. Prezident, Ali Baş Komandan İlham Əliyevin, şəhid və qazilərimizin sayəsində insanlar öz yurdlarına geri döndülər. Artıq həmin yerlərdə yüksək səviyyədə yenidənqurma işləri gedir. Biz dövlətimizlə qürur duyuruq”.
Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/2007-ci illər mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinb. O, Azərbaycan millisinin heyətində 1 oyun keçirib.
Baxış sayı:95
Bu xəbər 08 Noyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















