Icma.az
close
up
RU
Burbon, donuzlar və ölü qazla qətl planı: FTB dən inanılmaz əməliyyatın təfərrüatı

Burbon, donuzlar və ölü qazla qətl planı: FTB dən inanılmaz əməliyyatın təfərrüatı

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-də film ssenarisini xatırladan cinayət planı ifşa olunub. Nyu-York ştatının Koloni şəhərində 57 yaşlı Cill Sazerlend keçmiş partnyorunun övladının atasını amansız şəkildə öldürməyə çalışıb. Lakin planını həyata keçirməmişdən əvvəl Federal Təhlükəsizlik Bürosu (FTB) onu tələyə salaraq ələ keçirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Nyu-Yorkun Şimal Dairəsi Prokurorluğu xəbər yayıb.

Bildirilib ki, Sazerlend planı üç ay ərzində hazırlayıb. O, əvvəlcə donuz fermasının sahibi olan bir şəxslə razılaşmağa çalışıb: cəsədi donuzlara yedizdirmək üçün 1 000 dollar və bir butulka burbon təklif edib. Lakin "fermer" FTB-nin gizli agenti çıxıb.

Sazerlend, həmçinin informatorla - əvvəllər adamöldürməyə görə məhkum olunmuş, lakin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən şəxslə planın detallarını bölüşüb. O bildirib ki, qurbanı həbsxanadan çıxarıb ona saxta iş təklifi edəcək, sonra isə öldürərək cəsədini Pensilvaniyadakı fermaya aparacaq. Bu məqsədlə bir rahibədən 250 dollara mikroavtobus icarəyə götürmək niyyətində olub.

Cinayətin psixoloji təzyiq hissəsi də olub: Sazerlend başqa bir şəxsə qurbanın anasının evinin qarşısına ölü qaz və hədələyici məktub qoydurub.

Sazerlend FTB agentinə pulu və bir butulka viskini təqdim edərkən saxlanılıb.

Hazırda onu 10 ilə qədər həbs və 250 min dollara qədər cərimə gözləyir. Hökm 2025-ci il sentyabrın 22-də elan olunacaq.

Sazerlendin vəkili isə müdafiə taktikasını keçmişdə yaşanmış travmalara əsaslandıraraq, müvəkkilinin həyatının təhlükədə olduğunu düşündüyünü bildirib. Vəkilin sözlərinə görə, zərərçəkən bir vaxtlar uşağa qarşı törədilmiş cinayətə görə məhkum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri