Icma.az
close
up
RU
Maduro edam ediləcək? Amerikalı politoloq inanılmaz əməliyyatın şifrələrini açdı

Maduro edam ediləcək? Amerikalı politoloq inanılmaz əməliyyatın şifrələrini açdı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ yanvarın 3-nə keçən gecə Venesuela ərazisində bir sıra hədəflərə hava zərbələri endirib. Daha sonra Donald Tramp Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin saxlanılaraq ölkədən çıxarıldığını açıqlayıb.

Globalinfo.az ABŞ-ın Venesuela ərazisində həyata keçirdiyi hərbi əməliyyat və onun nəticələri ilə bağlı amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teysdən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Cənab Teys, ABŞ-ın bütün dünyada müzakirələrə yol açan xüsusi əməliyyatını şərh edərdiniz. Venesuela prosesi Vaşinqton və Karakas üçün hansı siyasi nəticələri doğuracaq?

– Venesuela Prezidenti Nikolas Maduro Moros ABŞ-ın paytaxt Karakas şəhərinə genişmiqyaslı hücumundan sonra əsir götürüldü. ABŞ hərbçiləri polad qapıları sındıraraq Venesuela diktatorunu ələ keçiriblər. Prezident Tramp yüksək dəqiqliklə icra edilmiş hərbi əməliyyatı həmin vaxt müşahidə edib. ABŞ Müharibə Departamenti bu inanılmaz əməliyyata vertolyotlar və çoxsaylı qırıcı təyyarələr cəlb etmişdi. Venesuela və bütün Cənubi Amerika xalqı Nikolas Maduronun diktatura hakimiyyətindən çox əziyyət çəkib. Maduro 2012-ci ilin iyun ayında Prezident Fernando Luqo Mendezin siyasi impiçmentinin qarşısını almaq məqsədilə Paraqvay Milli Konqresinin üzvlərini girov götürüb oranı bombalamaq müqabilində yerli generalların fəaliyyətini əlaqələndirmək və onlara rüşvət vermək istəyib. Xoşbəxtlikdən, Maduronun Asunsyona birbaşa müdaxiləsi uğursuz oldu. İndi Maduro Latın Amerikasında törətdiyi bütün cinayətlərin və siyasi qarışıqlıqların bədəlini ödəyir.

Ağ Ev hər zamankından daha qətiyyətli mövqe nümayiş etdirir. Bu, dünya tarixində həlledici bir məqamda Tramp administrasiyası üçün tarixi andır. Bu uğurlu hərbi əməliyyat Vaşinqtona irəlidə Pekinlə danışıqlarda daha çox təsir rıçaqları qazandıracaq. Venesuelada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsi prosesi başlayır. Nəhayət, Latın Amerikasında Hüqo Çavezin ideologiyası sona çatdı.

FOTO: Maduro Venesuelanın Xarici İşlər Naziri vəzifəsindəykən Paraqvayda, impiçment edilmiş Prezident Fernando Lugo Mendezlə birgə

– “Clash Report”un yaydığı məlumata görə, ABŞ hökuməti Venesuela Prezidenti Nikolas Maduronu edam cəzasının qüvvədə olduğu Nyu-Yorkun Cənub dairəsinə aparıblar. Nəşr iddia edir ki, nəzəri baxımdan, Maduro, narkoterrorçuluq ittihamı ilə ölüm cəzasına layiq görülə bilər. Bu barədə nə düşünürsünüz?

– Maduronu göyərtəsində daşıyan ABŞ hərbi təyyarəsi Manhettenin təxminən altmış mil şimalında yerləşən Nyu-Yorkun Cənub dairəsinə – Orange County bölgəsinə eniş edib. Onun bu gün və ya gələn həftənin əvvəlində məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Maduro ömürlük həbs cəzasına məhkum ediləcək. Onun ölüm hökmü ilə cəzalandırılma ehtimalı yoxdur. Cənubi Amerikanın canisi artıq həbs edilib. Əgər Vaşinqton Maduronun ölümünü istəsəydi, onu ələ keçirən zaman öldürərdilər.

– Bəzi analitiklər Venesuelada baş verən prosesləri növbəti zəngin ərazi uğrunda iqtisadi mübarizə kimi səciyyələndirirlər. Zəngin neft, təbii qaz, qızıl və digər strateji xammal ehtiyatlarına malik olan Venesuelanın ABŞ-ın nəzərində geoiqtisadi və geosiyasi əhəmiyyəti nədən ibarətdir? Tramp Administrasiyasının ona bu qədər diqqət ayırmasının ən başlıca səbəbi nədir?

– Nikolas Maduro ABŞ-ın maraqlarına birbaşa təhdid idi. Venesuelanın Çin, Rusiya və İranla strateji müttəfiqliyi Tramp administrasiyasını Maduro rejimini devirməyə təşviq edib. Maduro Latın Amerikasındakı terrorçu qrupları maliyyələşdirirdi və İran Milli Qvardiyasına silah ixracı və dron istehsalında kömək edib. Venesuela təbii sərvətlərlə zəngindir, lakin Cənubi Amerikada Çin maraqlarının plasdarmı rolunu oynaması ABŞ-ın milli təhlükəsizlik maraqlarına zidd idi.

Piter M. Teys

– Venesuela prosesini Rusiya və Çin təsirinin bu coğrafiyada məhdudlaşdırılması baxımından necə qiymətləndirmək olar?

Rusiya və Çin hərbçiləri yaxın bir neçə həftə ərzində Venesuelanı tərk edəcək. Bundan əlavə, Kubanın Karakasdakı siyasi və təhlükəsizliklə bağlı təsiri dayandırılacaq.

– Tramp “Fox News”a müsahibəsində deyib ki, Meksika ilə bağlı da addımlar atılmalıdır. O bildirib ki, Meksikanı faktiki olaraq narkokartellər idarə edir və ölkənin prezidenti isə vəziyyətə nəzarət etmək iqtidarında deyil. Növbəti hədəf varmı?

– Növbəti hədəf Kolumbiya ola bilər. İndi Kolumbiya prezidenti diqqətli olmalıdır! Kolumbiya Prezidenti Qustavo Petro növbəti hədəf  və Maduronun Nyu-Yorkdakı kamera yoldaşı ola bilər. Lakin Maduronun həbsi, şübhəsiz ki, Meksika prezidenti üçün də açıq bir mesajdır.

– Nobel sülh mükafatını almış Maria Maçado və ya vitse-prezident Delsi Rodrigezin Venesuelada hakimiyyətə gələcəyi güman edilir. Tramp bəyan edib ki, Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra ölkənin gələcəyi ilə bağlı qərarları ABŞ verəcək. Vaşinqton tərəfindən dəstəklənən prezidentliyə namizəd kimdir?

– Prezident Donald Tramp Venesuela hökumətini birbaşa idarə edəcək diplomatlardan ibarət komandanı təyin edir və Venesuela vitse-prezidenti əməkdaşlığa açıqdır. Maria Korina Maçado növbəti dövlət başçısı olacaq! Onun rəhbərliyi altında Venesuelanı demokratik bir hökumət idarə edəcək. Maduronun cinayətkar qrupu və onun əlaltıları narkotik qaçaqmalçılığından əldə etdikləri pullarla Braziliya və Kolumbiyaya köçüblər. ABŞ Tramp Administrasiyası Qərb yarımkürəsinin ən varlı ölkələrindən birində narkodiktaturanı devirmək səyləri ilə Latın Amerikası vətəndaşlarının etimadını və etibarını qazanıb. Venesuela xalqı üçün Donald Tramp azadlıq carçısıdır!

– Tramp mətbuat konfransında deyib ki, Venesuela lideri Nikolas Maduronu heç vaxt Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyib. Lakin bəzi iddialara görə, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaska görüşündə Ukrayna və Venesuelada qarşılıqlı güzəşt barədə razılığa gəliblər. Bu fikrə münasibət bildirərdiniz.

– Alyaska sammitində Ukrayna və Venesuela ilə bağlı ümumi müzakirələr aparılıb. Lakin Putinin ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin potensialını anladığına inanmıram. Nikolas Maduro və həyat yoldaşının ölkədən çıxarılması Moskva üçün gözlənilməz oldu.

– ABŞ-ın Venesuela hökumətinə qarşı gerçəkləşdirdiyi bu əməliyyat həm də dünyaya hansı mesajı vermiş olur? Bu hadisə beynəlxalq münasibətlərdə mübahisələrin güc yolu ilə həllinə təsir edə bilərmi?

– Venesuela məsələsi və Maduronun ələ keçirilməsi mövcud geosiyasi proseslərlə bağlı vəziyyətin mahiyyətini xeyli dəyişdirdi və Vaşinqton bu tip çox uğurlu hərbi əməliyyatlar apara biləcək yeganə supergüc kimi ortaya çıxdı.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri