Icma.az
close
up
RU
HƏMAS lideri necə öldürülüb? Əməliyyatın təfərrüatı AÇIQLANDI

HƏMAS lideri necə öldürülüb? Əməliyyatın təfərrüatı AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İsrail mətbuatı bu il iyulun 31-də Tehranda öldürülən HƏMAS İsmayıl Haniyənin aradan götürülməsi planının təfərrüatları haqda yeni məlumatlar dərc edib.
Modern.az-ın məlumatına görə, “Times of Israel” yazır ki, İsrailin İsmayıl Haniyəni öldürmək qərarı oktyabrın 7-dən az sonra, HƏMAS lideri yüksək rütbəli kəşfiyyat rəsmiləri tərəfindən tərtib edilən siyahının başında göründüyü zaman verilib. Yeganə sual bunun nə vaxt baş verəcəyi idi.

“Times of Israel” yazır ki, Haniyə Qətərdə yaşayırdı, lakin onun orada öldürülməsi Dohanın müharibə başlayandan bəri vasitəçilik etdiyi girovlarla bağlı danışıqları pozmaq təhlükəsi yaradıb.

Buna görə də Haniyənin öldürülməsi üçün mümkün yerlər kimi Türkiyə, Rusiya və İran seçilib – HƏMAs liderinin tez-tez səfər etdiyi üç ölkə.

Adı çəkilən KİV xəbər verir ki, İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şiddətli reaksiyasından qorxub və eyni şəkildə Rusiya prezidenti Vladimir Putini qəzəbləndirmək istəməyib, elə buna görə də Haniyənin aradan götürülməsi üçün İran ən uyğun variant olaraq seçilib.

İsrail mediası yazır ki, İsmayıl Haniyənin Tehranın şimalındakı dəbdəbəli Səadət Abad məhəlləsində bir neçə dəfə eyni SEPAH mehmanxanasında qalması əməliyyatın planlaşdırılmasını asanlaşdırıb.

Planlaşdırılan partlayışdan az əvvəl Haniyənin otağında kondisioner sıradan çıxıb və HƏMAS lideri kömək istəmək üçün otağını tərk edib. Onun geri qayıtması xeyli müddət uzandığından israilli əməliyyatçılar Haniyənin başqa binaya köçürüləcəyindən narahat olmağa başlayıblar. Çünki bu, bütün əməliyyatı poza bilərdi.
Lakin bir müddət sonra Haniyənin otağındakı kondisioner təmir olunub və HƏMAS lideri öz otağına qayıtdıb. İsrailli əməliyyatçılar yalnız bu zaman rahatlaşıblar. Yerli vaxtla gecə saat 01:30 radələrində əldəqayırma partlayıcı işə düşüb, zərbə Haniyyənin qaldığı otağın xarici divarını deşib və bütün SEPAH binasını silkələyib.

Bir neçə saniyədən sonra İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təcili yardım komandası Haniyənin otağına gəlib. Gələnlər arasında İsmayıl Haniyənin müavini Xəlil əl-Həyya da olub və o, HƏMAS liderinin qanlı cəsədini gördükdən sonra göz yaşları içində diz çöküb. Bundan qısa müddət sonra SEPAH Haniyənin ölümünü elan etməyə məcbur olub.

Daha əvvəl Haniyənin oğlu Əbdül Salam atasının partlayıcı qurğu ilə öldürüldüyünü təkzib etmiş və onun  mobil telefonu izləndikdən sonra atasının raket hücumuna məruz qaldığını demişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri