Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Burun çəpərinin əyriliyi

Burun çəpərinin əyriliyi

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan burun və ya ağız vasitəsilə nəfəs ala bilir. Lakin məhz burun nəfəsalması "düzgün", yəni fizioloji sayılır.

Məsələ burasındadır ki, burunun selikli qişaları və burun boşluğunda olan xırda tükcüklər patoloji mikrobların ətraf mühitdən orqanizmə daxil olmasına mane olur. Bu insan immun sisteminin "ön cəbhəsidir". Bundan əlavə hava burunda isinir və nəticədə bu bizim nəfəs yollarımızı soyuqlamadan qoruyur.

Burun nəfəsalmanı çətinləşdirən ilk səbəblərdən biri insanın burun çəpərinin əyriliyidir. Belə əyrilik nə zaman yarana bilər? Burun çəpəri sümük və qığırdaq hissələrindən ibarətdir. Uşağın boyatma və inkişafı zamanı onun sümüklərinin inkişafı qığırdaq toxumasının inkişafından daha sürətli gedə bilər ki, nəticədə burun çəpəri düzgün formalaşmamış olur. Bu burun əyriliklərinin ən çox təsadüf edilən səbəblərindəndir.

Digər səbəb - müxtəlif travmalardır. Bəzən burun çəpərinin əyriliyi uşaqda doğuş travması nəticəsində yaranır. Bundan əlavə uşaq yıxıldıqda və ya hər hansı zərbə aldıqda bu patologiya yarana bilər.

Burun polipəri (burun boşluğunda olan şişlər), tez-tez təkrarlanan və uzun sürən zökəm, uşaqlarda burunda yad cismin uzun müddət ərzində qalması nəticəsində də burun çəpərinin əyriliyi inkişaf edə bilər.

Bu patologiyanın dəqiq diaqnozunu yalnız LOR-həkimi xüsusi müayinədən sonra qoya bilər.

Bu patologiyadan nə zaman şübhələnmək olar?

- İnsanda burun nəfəsalmanın çətinləşməsi və ya tam mümkün olmaması zamanı.

- İnsan yuxuda xoruldadıqda.

- Burun boşluğunda daim quruluq hiss olunduqda.

- İnsanda xroniki sinusitlər (haymorit, frontit və s.) inkişaf etdikdə. Burun nəfəsalması çətinləşdiyi halda burunun seliyi normal xaric olmur, sinuslarda (haymor cibləri və s.) yığılır və nəticədə burada mikrobların inkişafı üçün çox "əlverişli" mühit yaranır. Bu isə nəticədə burada iltihab prosesinin yaranmasına səbəb olur. Beləliklə, bütün xroniki sinusitlərdən əziyyət çəkən insanlarda burunun çəpərinin əyriliyi olub-olmadığı yoxlanmalıdır.

- Allergik xəstəliklərinin olması (allergik zökəm və s.).

- Burunun formasının dəyişilməsi zamanı (travmadan sonra).

Burun çəpəri əyriliyinin ağır formaları (!) insanın səhhətinə çox mənfi təsir edir - qanın tərkibi dəyişilir, insanda davamlı baş ağrıları olur, ürək-damar sistemində müxtəlif pozulmalar əmələ gələ bilər, immunitet zəifləyə bilər (nəticədə insan tez-tez respirator xəstəliklərə tutulur), allergik xəstəliklər (allergik rinit, bronxial astma), kəskin və xroniki haymorit, irinli rinit inkişaf edə bilər və s.

Burun çəpəri əyriliyinin ağır formalarında cərrahi əməliyyata ehtiyac yarana bilər. Bu əməliyyat "septoplastika" adlandırılır.

Bu əməliyyat plastik əməliyyatlara aid edilir və burun boşluğundan həyata keçirilir. Bu səbəbdən üz dərisində heç bir kəsiklər aparılmır. Əməliyyat zamanı burun çəpərinin əyri hissələri kəsilir və nəticədə burun çəpəri düzəldilir.

Hal hazırda belə əməliyyatları endoskopik üsulla həyata keçirirlər ki, nəticədə cərrah əməliyyat sahəsini monitorda daha aydın görə bilir. Əməliyyat təxminən 40-60 dəqiqə davam edir.

Əməliyyatdan sonra xəstənin burun boşluğuna xüsusi tamponlar yerləşdirilir və bu tamponlar burunda 24-48 saat ərzində qalır. Hal hazırda xüsusi lateks və ya içərisində kiçik borucuq olan gel tamponları istifadə olunur ki, xəstə əməliyyatdan dərhal sonra burunla nəfəs ala bilir.

Əməliyyatdan təxminən 1-2 həftə sonra xəstənin əmək qabiliyyəti bərpa olunur. Lakin 1 ay ərzində ağır fiziki yükləmələrdən uzaq olmaq lazımdır.         

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri