Icma.az
close
up
RU
Burun əməliyyatına gedənlərə XƏBƏRDARLIQ

Burun əməliyyatına gedənlərə XƏBƏRDARLIQ

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Burun estetikası ölkəmizdə və qardaş ölkə Türkiyədə illərdir ən çox müraciət edilən əməliyyatlar siyahısında birinci gəlir.

Bəzən nəfəs problemindən, bəzən isə yalnız estetik görüntü səbəbi ilə keçirilən bu əməliyyatlar barədə internetdə bir çox məlumatlar paylaşılır. Modern.az xəbər verir ki, bu məlumatların əksəriyyəti, adətən, yalan olur və bu xəbərlər oxucularda, təbii olaraq, yanlış məlumatlar formalaşdırılır. Türkiyənin tanınmış qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi Dos. Dr. Dənizxan Dizdar, burnunu estetik əməliyyat etdirmək istəyən, lakin hələ də suallarına cavab tapa bilməyənlərə öz təcrübəsindən nümunələr paylaşır..

Əməliyyatdan əvvəl diqqət edilməsi lazım olanlar…

Bu əməliyyata girməyə qərar verdikdən sonra həkiminiz sizin üçün əməliyyat öncəsi bəzi məsləhətlər verməlidir. Bu mərhələdə diqqət yetirilməsi lazım olan bir neçə nüans vardır. Məsələn, ən əhəmiyyətlilərindən biri, xəstə, aspirin  kimi qan duruldan dərmanları əməliyyatdan ən az bir ya da iki həftə əvvəl buraxmalı və istifadə etməməlidir. Əgər əməliyyat olunacaq şəxs bu dərmanların istifadəsinə davam etsə, xəstənin əməliyyatı böyük risk daşıyar və mənfi nəticələnər. Bu da həm xəstəyə, həm də mütəxəssisə mənfi təsir edərək arzuolunan səmərənin alınması çətinləşdirər.

Eyni zamanda qeyd etmək istərdim ki, xəstələrin siqaret və spirtli içkilərdən istifadəsi də yaraların sağalmasını olduqca gecikdirər. Bu səbəbdən xəstələr müalicə müddətindən əvvəl bu tip vərdişlərini buraxmalı, heç olmasa mümkün olduğunca ara verməlidirlər.

Qadın namizədlərin ən çox soruşduğu suallardan biri isə, onların adət dönəmində  burun estetik əməliyyatı etdirə bilib, bilməyəcəkləri ilə bağlıdır. Namizədlər bu mövzu ilə bağlı mütləq şəkildə seçdikləri həkimlə məsləhətləşməlidirlər. Ancaq bu bioloji baxımdan hər hansısa bir maneə daşımır. Yəni namizədlər bu dönəmlərdə də burun əməliyyatı keçirə bilərlər.

Əhəmiyyətli olan nəticənin müsbət olmasıdır…

Burnun ucundakı problemlərin tipindən asılı olaraq müxtəlif qığırdaq əlavələri (greftler) və ya tikişlərlə burun quruluşu daha yaxşı hala gətirilə bilir. Günümüzdə burnunun ucunu yenidən formalaşdırmaq üçün toxumalar əvvəlkinə nisbətən daha çox mühafizə edilir. Bu bölgə açıq texniki və ya burun içindən (qapalı texniki) kəsik ilə əməliyyat edilir. Həmçinin, bu əməliyyat lokal, ya da ümumi anesteziya ilə həyata keçirilə bilər. Hər 2 texnikanın müsbət və mənfi tərəfləri vardır və əməliyyatın üsulu xəstənin ehtiyacına görə şeçilər. Hər iki üsuldan hazırda geniş şəkildə istifadə edilir. Əhəmiyyətli olan hansı texniki üsul istifadə edilirsə edilsin, nəticənin müsbət olmasıdır.

Rinoplastika əməliyyatında da hər əməliyyatda olduğu kimi bir neçə gün ağrı hiss edilər. Lakin bu, standart ağrıkəsici dərmanlarla müalicə edilə biləcək vəziyyətdir.

Əməliyyat sonrası burunda şişlər və göyərmələr…

Rinoplastika əməliyyatı burun sümüyünə istiqamətli bir əməliyyat olduğundan bir çox faktora bağlı olaraq burunda şiş meydana gələ biləcəyini təbii hesab edən Dr. Dizdar, bunun səbəblərini belə açıqlayır:

"Burada birinci faktor xəstənin dəri quruluşudur. İncə dərili xəstələrdə şişlərə və müəyyən göyərmələrə daha çox rast gəlinir. Əməliyyat sonrası iki gün ard-arda olmaqla, buzdan istifadə edərək şişkinlik və göyərmələri minimuma endirmək mümkündür. İkinci faktor isə mümkün olduğunca az zədə yarada biləcək cərrahi texniki üsulun istifadə edilməsidir. İndiki vaxtda burun cərrahiyyəsi çox inkişaf etmiş vəziyyətdədir və yeni yaranan tibbi texniki alətlərlə istənilən dəyişikliklər edilə bilər. Əməliyyatda yaranan bütün bu göyərmə və şişliklər isə, adətən, 10 gün müddətində tamamilə keçib gedir.

Əməliyyatdan sonra xəstə klinikada cəmi bir gecə saxlanılır. Əməliyyat sonrası ikinci gün burunun içinə yerləşdirilən silikonlar çıxardılır. Əməliyyatın yeddinci günündə isə burnun gipsi və burun ucunda tikişlər varsa, onlar açılır. Bundan sonra mütəmadi olaraq,  birinci ay, üçüncü ay və il sonunda müayinələr aparılmalıdır”.

Dr. Dizdar, əməliyyatın pik nöqtələrini qeyd edib:

- Əməliyyat əvvəlində anesteziya ilə əlaqəli müxtəlif təhlil və tədqiqatlar aparılmalıdır;

- Əməliyyatdan əvvəl qrip, soyuqdəymə və bu kimi halların qarşısı alınmalıdır. (Ümumiyyətlə, qrip olan şəxslərdə əməliyyat, adətən, təxirə salınır.);

- Əməliyyat öncəsi etdirdiyiniz müalicələrdə istifadə etdiyiniz dərmanları həkiminizə mütləq bildirməlisiniz;

- Qan durulaşdıran qidalardan istifadə etməməlisiniz;

- Bitki tərkibli dərmanları və ya çaylarını da əməliyyatdan 10 gün əvvəl buraxmalısınız;

- Siqaret yaxşılaşma müddətini azaltdığı üçün əməliyyata qərar verdiyiniz andan siqareti də mütləq tərgitməlisiniz;

- Əməliyyata gedərkən lak, jele, makiyaj, saç spreyi kimi kosmetika məhsullarından uzaq durmalısınız;

- Əvvəl keçirdiyiniz əməliyyatlar varsa, bunun haqqında həkiminizi məlumatlandırmalısınız.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri