Burun seliyinin rəngi sağlamlıq vəziyyəti barədə məlumat verir Həkim
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Həkim Səna Curabçi bildirib ki, burundakı seliyin rəngi insanın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
Redaktor.az xəbər verir ki, həkimin fikirləri "Daily Mirror" nəşrində çap olunub.
Həkimin sözlərinə görə, şəffaf selik normal hal sayılır, lakin onun miqdarı çox olduqda bu, adətən allergik reaksiyanın göstəricisidir. Ağ selik isə iki halda müşahidə olunur: “Ya orqanizm susuz qalıb, ya da sizdə artıq virus infeksiyası və ya soyuqdəymə başlayır,” - deyə mütəxəssis bildirib.
Curabçi vurğulayıb ki, burundan gələn sarı və ya yaşıl rəngli selik bədənin virus və bakteriyalarla aktiv mübarizə apardığını göstərir. Bu mərhələdə adətən öskürək, boğaz və döş qəfəsində ağrı, eləcə də yüksək hərarət kimi əlamətlər meydana çıxır. Həkim qeyd edib ki, simptomlara əsasən infeksiyanın təbiəti müəyyən olunur və uyğun müalicə təyin edilir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 04 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















