Icma.az
close
up
RU
Burun spreylərindən düzgün istifadə qaydası

Burun spreylərindən düzgün istifadə qaydası

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Burunun tənəffüs funksiyasından başqa orqanizm üçün qoruyucu rolu da var. Bu, xaricdən daxil olan havanın nəmləndirilməsi, isidilməsi və zərərsizləşdirilməsi hesabına baş verir.

AZƏRTAC xəbər verir ki, həkim-otolarinqoloq Elvin Əzizov deyib: “Soyuq havaya çıxanda burunda tıxanıqlıq yaranır. Bunun səbəbi burun boşluğunda olan kapilyarların genişlənməsi, qoruyucu mexanizmin işə düşməsi və bu zaman selikli qişanın şişməsidir. Bundan başqa yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı və yaxud toz hissəcikləri və digər allergenlər burun boşluğuna düşəndə bakteriya və virusların təsiri nəticəsində selikli qişanın qoruyucu funksiyası işə düşür və həmin vaxt burunda tıxanıqlıq əmələ gəlir”.

Həmin halda xüsusi spreylərdən istifadə edilir və onların hər birinin öz funksiyası var. Həkim-otolorinqoloqun dediyinə görə, ən çox istifadə olunan vasitə dəniz suyudur: “Dəniz suyu vasitəsilə mikroorqanizmlər və selik yuyulub xaric olur. Digər bir üsul - damarbüzücü spreylər burun boşluğunda olan kapilyarların yığılması və bunun nəticəsində burun tənəffüsünün yaxşılaşmasına yönəlir. Daha çox istifadə olunan digər spreylər isə burun boşluğunun təbii qoruyucu sistemini bərpa edir”.

Bəzən qrip olarkən və burunda tıxanıqlıq yaranarkən spreylərdən kortəbii şəkildə, üzərində yazılan istifadəyə dair göstərişi oxumadan və tez-tez istifadə olunur. Mütəxəssislər bunun zərərli olduğunu deyirlər. “Qrip olan zaman spreylərdən qısa müddətdə - 3-5 gün ərzində istifadə etmək olar, Bundan artıq onlardan istifadə etmək olmaz, Ən çox tövsiyə edilən yüksək duzluluğa malik dəniz suyu isə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı seliyin xaric olmasına kömək edir”, - deyə müsahibimiz bildirib.

Gün ərzində həmin spreylərdən maksimum üç dəfə istifadə etmək lazımdır. Daha çox istifadə edilməsi bir sıra fəsadlara səbəb olur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri