Icma.az
close
up
RU
Kontakt linzalardan düzgün istifadə qaydası

Kontakt linzalardan düzgün istifadə qaydası

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Uzun müddət eynək taxanlar üçün linzadan istifadə etmək sadə olaraq xilas kimi görünə bilər və ya linza eynək taxmağa qarşı kompleksi olanların seçimi olur.

Amma eynəkləri taxıb-çıxarmaq, onların qayğısına qalmaq asandır və heç bir xəstəlik eynək taxmağa mane ola bilməz.

Mütəxəssislər tövsiyə edirlər ki, şəkərli diabet, gözün xroniki allergiyası, fitoz və digər xəstəliklər olduqda linzadan istifadə etmək məsləhət deyil. Eynəyi bir neçə ildə yalnız bir dəfə dəyişmək olar. Bununla belə eynəyin də bəzi mənfi xüsusiyyətləri var. Məsələn, eynəklə aktiv idmanla məşğul olmaq çətinləşir. Optik eynəklə gün eynəyi taxmaq olmaz.

Eynəyin müsbət tərəfləri də var. Həkim-oftalmoloq Gültəkin Məmmədova AZƏRTAC-a deyib: "Kontakt linzadan bir neçə saatlığa istifadə etmək olar. Elə adamlar olur ki, bir gözündə görmə qüsuru var, o biri gözü yaxşı görür. Belə halda eynək taxmaqdansa kontakt linzadan istifadə etmək daha məqbuldur".

Beynin eynəyi daha rahat qavradığını deyən həkim-oftalmoloq linza istifadə edənlərə bəzi tövsiyələr də verib: "Estetik məqsədlə rəngli linzalardan istifadə etmək istəyənlər də olur, lakin onu aşırı dərəcədə çox taxmaq olmaz. Kontakt linzaları taxanda gigiyena qaydalarına əməl edilməlidir".

Linzalar eynək forması seçməkdə çətinlik çəkənlərin də köməyinə gəlir. Linza taxarkən onun ətraf mühitə həssas olub-olmamasına diqqət yetirmək vacibdir. Məsələn, tüstülü yerə gedəndə linza tüstünü hiss edən kimi gözlərdə qıcıqlanma yaradacaq. Həmin problemi həll etmək üçün birgünlük linzalardan istifadə etmək lazımdır. Eynək və ya linza taxılması hər bir halda həkim-oftalmoloqun məsləhəti ilə edilməlidir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:1175
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri